2 fevral - Gənclər günü münasibətilə Masallı rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

2 fevral - Gənclər günü münasibətilə Masallı rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

AZpress.AZ - ın Masallı rayonunda yerləşən müxbiri Əlihüseyn ŞÜKÜROV növbəti məktubunda yazır ki, ELƏ BU GÜN, fevralın 1-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Mədəniyyət Mərkəzində “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirilmişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyuldu.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq əvvəlcə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclərimizin ən sevimli günlərindən biri olan Azərbaycan gəncləri günü münasibəti ilə bütün gəncləri təbrik etdi . Sonra 201 5 -c ı il ərzində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri,” Azərbaycan gəncliyi 2011-2015-ci illər ” Dövlət Proqramından və Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının davamı olaraq ölkə başçısı tərəfindən 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”ndan danışaraq, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyü diqqətə çatdırdı. Sonra Ölkə başçımızın gənclərə göstərilən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi – mədəni irsimizin, dilimizin qorunması, milli mənəvi dəyərlərimizə sahib çıxması, istedadlı gənclərin üzə çıxarılması,gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, gənc ailələrin sosial reabilitasiyası, sağlam həyat tərzinin təbliği,milli ruhda təhsil və tərbiyəsi”,onların yaradıcılıq axtarışlarının stimullaşdırılması və s. kimi mühüm əhəmiyyətli sahələrdən danışmışdır.
Tədbirdə Masallı rayon Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının Gənclər Birliyinin sədru Məhəmmədhüseyn Hüseynov çıxış edərək gəncləri təbrik etdi . Onlara gələcək işlərində uğurlar arzulayaraq bütün sahələrdə fəal olmağa çağırdı .
Sonra tədbirdə Masallı Regional Kollecinin tələbəsi Röyalə Xudaquliyeva və Azərbaycan Tibb Univrtistetinin tələbəsi Şəms İsazadə çıxış edərək gəncləri 2 Fevral gənclər günü münüsibəti ilə təbrik etmişlər
Tədbirin rəsmi hissəsini yekunlaşdıran Masllı Rayon İcra Hakimiyyətinin məsul işçisi NƏSİR MUXTARLI çıxış edərək əvvələcə Masllı Rayon İcra Hakimiyyətinin başçısı cənab RAFİL HÜSEYNOVUN salamını iştirakçılara çatdırmış, bayram günü münasibətilə gəncləri təbrik etmiş, onlara uğurlu gələcək arzulamışdır. N.Muxtarlı qeyd edib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan dövlət quruculuğu sahəsində Masallı gənclərinində müstəsna rolu vardır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın Ümummilli lideri Heydər Əliyevdir.
Natiq Masallıda gerçəkləşən infrastruktur layihələrin gənclərin işlə təminatında önəmli olacağını vurğulamışdır.
Tədbirdə Masallı rayon incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.
Bir qrup fəal gənc Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı Rayon Təşkilatının, Gənclər və İdman idarəsinin Fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !