Məzahir Süleymanzadə: - ...Beş manata "Yasin" oxur, qalan razı, ölən razı...

Məzahir Süleymanzadə: ...Beş manata "Yasin" oxur, qalan razı, ölən razı...

Qəbristanlıq mollasıdır,
Yanında gəzdirir tazı...
Beş manata "Yasin" oxur,
Qalan razı, ölən razı...


Tanıdığı o hər kəsin,
Söndürür həyat lampasın.
Sonra gülə - gülə bölür,
İki eşşəyin arpasın...
Alan razı, bölən razı,
Öz qədrini bilən razı...


Əcayib bir əşya tapır,
O, otağın bir küncündən.
Qəlbindən bir nalə qopur,
Bu "dua"nın sevincindən...
Göz yaşını silən razı,
Arsız - arsız gülən razı...


"Dua"yla qızı aldadıb,
Girir onun yatağına...
Sonra da onu göndərir,
Baş mollanın otağına...
Alan razı, verən razı,
Öz gözüylə görən razı...


Cahillik baş alıb gedir,
Göz üstündən qaş düşəcək.
Yazılan bu "dua"lardan,
Başımıza daş düşəcək...

 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !