Məzahir Süleymanzadə: - Ürəyin partlasın, Koroğlu! Gorun çatlasın, Koroğlu!

Məzahir Süleymanzadə: Ürəyin partlasın, Koroğlu! Gorun çatlasın, Koroğlu!

 Söylə, qoç Koroğlu, bəs biz indi neyləyək?
Dərdimizi açıb kimə söyləyək?
Sən təkcə tüfəng görmüşdün,
Çəkə bilmirdin bu dərdi...
Bəs mobil telefon, avtomat,
Tank görsəydin nə edərdin?
Sənin zamanında yaşıl meşələr,
Boynu bükük bənövşələr,
Uca dağlar, meyvəli bağlar,
Axar sular, buz bulaqlar olardı.
İri yarpaqlı, qollu - budaqlı ağaclar
Yerə kölgə salardı...
Qoç Koroğlu, bilirsən indi,
Bu gözəllik kimindi?
Nə mənimdi, nə sənin,
Nə də yoldan keçənin...
Meşələrdə, çöllərdə uca hasarlar tikilib,
Elə bil ki, Çin səddidir,
Hasarların üzərindən tikanlı məftil çəkilib.
Bu yerlərdən keçmək olmaz,
Bulaqdan su içmək olmaz...
Meşədə meşəlik qalmayıb,
Kişidə kişilik qalmayıb...
Ürəyin partlasın, Koroğlu!
Gorun çatlasın, Koroğlu!
Qırılıbdı sənin belin -
Özəlləşib Çənlibelin!... 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !