Ədalət Tahirzadə: - ...indiyədək çəkilmiş ən dəyərli sənədli-bədii əsər... (VİDEO)

Ədalət Tahirzadə: ...indiyədək çəkilmiş ən dəyərli sənədli-bədii əsər... (VİDEO)

İndicə "Əbədi ezamiyyət" sənədli filminə baxıb qurtardım. Bu imkanı mənə yaratdıqlarına görə sevimli dostum, məşhur diplomat Ramiz Abutalıbova və görkəmli kinorejissor Tahir Əliyevə ürəkdən minnətdaram!
1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan Sülh Heyətinin Azərbaycanın müstəqilliyinin tanıdılması uğrunda yorulmaz fəaliyyətindən və heyət üzvlərinin özəl yaşamından, taleyindən danışan bu film Azərbaycan Cümhuriyyəti (1918-1920) dönəmi ilə bağlı indiyədək çəkilmiş ən dəyərli sənədli-bədii əsərdir! Onu böyük zövqlə izlədim. Hər bir baxımdan tərifələyirdir, mükəmməldir! Ssenarisi, rejissor və operator işi, artistlərin rolları (özəlliklə Tahir Əliyevin oynadığı Məhəmməd Məhərrəmov rolu!), Paris və başqa Avropa şəhərlərində çəkilmiş gerçək kadrlar, Avropadakı bugünkü məzarlıq görüntüləri... - hər şey yüksək səviyyədədir. Özəlliklə Ramiz Abutalıbovun əsl dispetçer kimi yönləndirici aparıcılığına heyran oldum. Tarixçi alimlərdən Giorgi Mamulia və Solmaz xanım Tohidinin çıxışları o illərin siyasi durumunu dəqiq işıqlandırır.
Doğrudur, irad tuta biləcəyim xırda-xuruş qüsurlar da var, ancaq onlar görülmüş böyük işin yanında heç nə sayıla bilər.
Əlbəttə, "yuxarıdan" güclü maddi-mənəvi dəstək olmadan belə yüksək səviyyəli bir əsərin meydana qoyulması mümkün deyil. Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yüksək sənətkarlıq və peşəkarlıqla əbədiləşdirmiş bu filmin yaradılmasında əməyi olan hər kəsə bir sıravi vətəndaş kimi öz minnətdarlığımı bildirirəm! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !