Məzahir Süleymanzadə: - Allah bilə - bilə bizi ayırdı...

Məzahir Süleymanzadə: Allah bilə - bilə bizi ayırdı...

Allah bilə - bilə bizi ayırdı,
Vallah, gülə - gülə bizi ayırdı...


Qəlbimdə o boyda məhəbbət vardı,
Düşündü, bu hələ mənimçün azdı...
Səni həyatımdan alıb apardı,
Mənim taleyimi yenidən yazdı...
Allah bilə - bilə bizi ayırdı,
Vallah, gülə - gülə bizi ayırdı...


Qəflətən üzüldü əlin - əlimdən,
Sən mələk qanadlı bir quşa döndün.
Yayın ortasında, qızmar bir gündə,
Qəlbimi üşüdən bir qışa döndün...
Allah bilə - bilə bizi ayırdı,
Vallah, gülə - gülə bizi ayırdı...


Tanrı məsləhəti yəqin beləymiş,
Səni qovuşdurdu əbədiyyətə.
Vüsala yetməmiş, kama çatmamış,
Məni məhkum etdi dərdə, həsrətə...
Allah bilə - bilə bizi ayırdı,
Vallah, gülə - gülə bizi ayırdı ... 

 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !