ADU-da çinşünaslıq ixtisası üzrə seminar keçirildi -

ADU-da çinşünaslıq ixtisası üzrə seminar keçirildi

26 yanvar 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Çinşünaslığın inkişafı Böyük İpək Yolunda” adlı elmi - metodiki seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Azərbaycanda Çinşünaslıq milli məktəbinin yaradıcılıq tarixi haqqında danışdı. O, adıçəkilən mərkəzin əməkdaşlarının Çinin filologiyası, tarixi, mədəniyyəti və Azərbaycan-Çin iqtisadi əməkdaşlığı üzrə tədqiqatların, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin siyasi irsini və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin çoxtərəfli formalaşması və inkişafı sahəsində mövcud fəaliyyətini öyrənmək üçün informasiya-analitik bazasının yaradılmasına verdiyi töhfəni xüsusilə qeyd etdi.
Seminarda çıxış edən ADU-nun dil və mədəniyyət mərkəzlərinin əməkdaşları, həmçinin universitetin müəllimləri dünya Çinşünaslıq inkişafının missioner dövrü, Çin haqqında ilk Avropa kitabları, Çinşünaslığın alman-holland, fransız, britaniyalı və rus elmi məktəblərinin, eyni zamanda mərkəzlərinin yaradılması və inkişafı, görkəmli çinşünas alimlərin sosial və siyasi tarixin tədqiqatları, ənənəvi fəlsəfə, mədəniyyət və ideoloji ənənələri, qədim Çin ədəbi abidələrinin ölkənin arxeoloji cəhətdən öyrənilməsinə verdiyi töhfə haqqında məlumat verdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !