Milli ornament və naxışları əks etdirən uşaq moda müsabiqəsinə start verilib - FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Milli ornament və naxışları əks etdirən uşaq moda müsabiqəsinə start verilib FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Biz milli dəyərlərimizə, adət -ənənələrimizə və keçmişimizə bağlı bir xalqıq. Hər zaman çalışmışıq ki, dünyada öz dəyərlərimizlə sözümüzü deyək. Uzaq keçmişimizdən gələn xalılarımızda əks olunan ornament və naxışlar istər geyimlərimizdə, istərsə də bəzək əşyalarımızda istifadə edək və bu geyimləri moda şəklində nümayiş etdirək. Bununla irsimizi, naxışlarımızı, ornamentlərimizi gənc nəslə ötürməklə keçmişimizi daima qoruyaq.
AZpress.AZ xəbər saytının verdiyi məlumata əsasən bildiririk ki, Art productionun təşkilatçılğı ilə Azərbaycan milli ornament və naxışlarını əks etdirən uşaq moda müsabiqəsinə start verilib. 23 yanvar tarixində Kempinski oteldə baş tutmuş bu tədbirdə Elza Seyidcahan, Hüseyn Cavadzadə, Məryəm Əlibəyli, Seyran Babayev, Samir Əliyev və Şəbnəm Əskərova kimi tanınmış simalar münsiflər heyəti olaraq iştirak etmişlər.
Oğlanlar arasında :1ci yer-Qasımov Fuad, modelyer Ağayeva İlahə.
2ci yer- Əkbərov Nihat, modelyer İmanquliyeva Gülsinar.
3cü yer- Əskərov İsmayıl, modelyer Ağayeva Lalə.
Qızlar arasında : 1ci yer-Yusubova Mələk, modelyer Əiyeva Türkan.
2ci yer-Mövsümzadə Zəhra, modelyer İmanova-Mirzəyeva Aygün.
3cü yer-Tağılı Sunay, modelyer İmanova-Mirzəyeva Aygün.
Bu tədbirdə 6 qalib münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.Qaliblərə sertifikatlar və simvolik hədiyyələr təqdim olunmuşdur.Milliliyimiz əks etdirən daha bir moda nümayişi uğurla başa çatmışdır.

 


Minə Türksoy.

 

FOTO: Nəriman İsmayılov


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !