Bərdədə cüdo üzrə açıq birincilik başa çatıb - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdədə cüdo üzrə açıq birincilik başa çatıb FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “ 20 Yyanvar şəhidlərinin xatirəsinə” həsr olunmuş cüdo üzrə 2001-2003 və 2004-2006 cı il təvəllüdlü oğlanlar arasındа Bərdə rayonunun açıq birinciliyi keçirilib. Yanvarın 24-də baş tutan yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, cüdo idman növünün təbliğ edilməsi və respublika yarışlarında iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.
Birincilikdə respublikanın 11 şəhər və rayonlarından (Bakı, Gəncə, Yevlax ,Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Ucar, Beyləqan, Füzuli) 120 nəfər idmançı 19 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən birincilikdə komanda hesabında Bərdə komandası I yeri, Bakı komandası II yeri , Gəncə komandası isə III yeri tutub.
Öz çəki dərəcəsində I,II,III yerləri tutmuş idmançılar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunublar.


Elgün Gəncimsoy  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !