Qubalı gəncin orijinalından yalnız ölçülərinə görə fərqlənən tarixi abidə maketləri - FOTO

Qubalı gəncin orijinalından yalnız ölçülərinə görə fərqlənən tarixi abidə maketləri FOTO

Quba rayonundan olan Natiq Ağazadə qeyri-adi əl işləri ilə hər kəsin diqqətini çəkir.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı gənc tarixi abidələrin maketlərini hazırlayarkən bütün memarlıq üslubunu və xarici görünüşdəki xırda detalları belə nəzərə alır. Onun hazırladığı maketlər yalnız ölçülərinə görə orijinalından fərqlənir.

Natiq Ağazadənin ən maraqlı əl işlərindən biri təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən olan Cümə məscidinin maketidir. Bu əl işi 8 aya ərsəyə gəlib. Əl işinin özəlliyi ondan ibarətdir ki, zəngin memarlıq üslubuna malik məscidin maketinin bütün detalları 220 ilə yaxın yaşı olan tarixi abidə ilə eynidir. Hətta maket olmasına baxmayaq, xüsusi quraşdırılan avadanlıq bu məsciddə gün ərzində 5 dəfə azan səslənməsini təmin edir.

O, adi tikinti materiallarından istifadə etdiyi bu maketin hazırlanmasına 600 manata yaxın xərc çəkib.

N.Ağazadənin hazırladığı çox sayda maraqlı əl işləri beynəlxalq sərgilərdə də nümayiş etdirilib. Bu işlər Türkiyədə, Gürcüstanda keçirilən müsabiqələrdə xüsusi diploma layiq görülüb.

Hazırda Quba rayon Yaradıcılıq Mərkəzinin müəllimi olan gəncin 10-dan çox tələbəsi var. N.Ağazadə yaxın gələcəkdə Qubadakı “Günbəzli hamam” və ölkəmizdəki başqa tarixi abidələrin maketlərini də yaratmaq fikrindədir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !