Respublikanın Əməkdar Artisti Sabir Məmmədovun 55 yaşı tamam olur -

Respublikanın Əməkdar Artisti Sabir Məmmədovun 55 yaşı tamam olur

Əziz teatr sevənlər bu gün tanınmış aktyor Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Respublikanın Əməkdar Artisti Sabir Məmmədovun 55 yaşı tamam olur.Aktyora can salığı uzun ömür işlərində uğurlar arzu edirəm.


Həyatı
Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonu, Poylu kəndində anadan olmuşdur.
1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov aşağıdakı rolları oynamışdır: Xöşbəxt Adam («Park» R.İbrahimbəyov), 1-ci ərizəçi («Lənkəran xanının vəziri», M.F.Axundzadə, Hüseyn («Bəxt üzüyü», V.Səmədoğlu), Toğrul («Uca dağ başında», V.Səmədoğlu), Xəlil («Müvəqqəti ər», R.N.Güntəkin) və s.
Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır.
Səfər (“Gecə döyülən qapılar», N.Xəzri), Kumar («Qanqın böyük dalğası», C.Əfruz), Fərman («Yalan», S. Rəhman), Şahmar, Saday bəy, Seyid Hüseyn («Dəlilər və ağıllılar», «Hökmdar və qızı», («Xurşidbanu Natəvan», İ.Əfəndiyev), Akkanad («Sokratı anma gecəsi», Ç.Aytmatov), İlus («Burla xatun» N.Xəzri), Teymur ağa («Lənkəran xanının vəziri», M.F.Axundov), Sarvan («Bu dünyanın adamları», Hidayət), Şair («Kəllə», N.Hikmət), Horatsio («Hamlet» V.Şekspir), M.Ə.Sabir («Hərənin öz payı» X.Qoca), Dulu Xaqan, Rəşad («Özümüzü kəsən qılınc», «İkinci səs», B.Vahabzadə), Yavuz («Afət», H.Cavid), Oğlan («Qatil », Elçin), İsgəndər («Ölülər», C.Məmmədquluzadə), Eddi Karboni ( “Körüdən mənzərə ”, A.Miller), Şeyda ( “Şeyda” H.Cavid).
Sabir Məmmədov «Kamança» (Əbdüləli), «Qaçaq Süleyman» (Murad), «Yağışdan sonra» (Əmin), «Apardı sellər Saranı» (İgid), «Qırmızı qar» (Əsgər) teletamaşalarına və «Babamın babasının babası» (Tapdıq), «Təzə evlənənlər» (Rüstəm) bədii filmlərinə çəkilib.
Sabir Məmmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2005-ci ildən Prezident mükafatçısıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !