Kukla Teatrının direktoru beynəlxalq festivala gedəcək -

Kukla Teatrının direktoru beynəlxalq festivala gedəcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə daha bir beynəlxalq teatr festivalına dəvət alıb. Belə ki, o, 19-29 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Əmirliyində baş tutacaq “VII Monodram Tamaşalar Festivalı”nda iştirak edəcək. O, əmirliyin Mədəniyyət və Media Müvəkkilliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə festivalın direktoru Məhəmməd Saif əl-Alkhamın dəvəti ilə iştirak edəcək.
Qeyd edək ki, festival 2003-cü ildən keçirilir. İki ildən bir baş tutan sənət bayramında dünyanın müxtəlif ölkələrindən teatrlar və teatr mütəxəssisləri, teatrşünas və sənətkarlar iştirak edirlər. Festival çərçivəsində tamaşaların nümayişi və mükafatlandırılması ilə yanaşı seminarlar, forumlar, kitab təqdimatları, konsertlər də təşkil olunur.
90-cı illərin sonlarından yaranan festival ideyasında əsas məqsəd ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.
Bu dəfəki festivalın daha bir özəlliyi onun I Fuceyra İncəsənət Festivalı çərçivəsində baş tutmasıdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !