Hacı İsmayılovun doğum günüdür -

Hacı İsmayılovun doğum günüdür

 Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Xalq Artisti (2000), Teatr Xadimləri İttifaqının sədr müavini İsmayılov Hacı Məcid oğlunun doğum günüdür. Allah uzun ömür və can sağlığı versin.
Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.
"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və “Respublikanın Dövlət mükafatı laureatı” adına layiq görülüb (1980).
17 may 1989-cu ildə Azərbaycan SSR-nin Əməkdar Artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” ordeninə layiq görülüb.
Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.
Ailəlidir, iki övladı və iki nəvəsi var.
Teatr səhnəsindəki rolları
İkinci Qulam və İbn Tahir ("Xəyyam", Hüseyn Cavid)
Dördüncü qaçaq ("Mahnı dağlarda qaldı" İlyas Əfəndiyev)
Muradalı ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev)
Fariz ("Büllur sarayda" İlyas Əfəndiyev)
Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev)
Kişi ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)
Səmərqəndli ("Məhəbbət əfsanəsi", Nazim Hikmət)
Lakey və Novruz bəy ("Aydın", Cəfər Cabbarlı)
Məmmədəli bəy ("Sevil", Cəfər Cabbarlı)
Sönməz ("Od gəlini", Cəfər Cabbarlı)
Fransisko ("Fırtına", Uilyam Şekspir)
Həkim ("Maqbet", Uilyam Şekspir)
Qraf Kent ("Kral Lir", Uilyam Şekspir)
Yaralı zabit ("İblis", Hüseyn Cavid)
Mehdiqulu ("Ah, Paris… Paris!..", Elçin)
Məsul katib ("Mənim sevimli dəlim", Elçin)
Qonşu ("Mənim ərim dəlidir", Elçin)
Yan Çinq ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə)
İbn Zeyd ("Dar ağacı", Bəxtiyar Vahabzadə)
Şükür bəy ("İkinci səs", Bəxtiyar Vahabzadə)
Qoşqar Kəngərli ("Bu dünyanın adamları", Hidayət Orucov)
Mirzə Ələkbər Sabir ("Hərənin öz payı", Xeyrəddin Qoca)
Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə)
Məşədi İslam ("Dirilən adam", Mir Cəlal)
Məhkəmə sədri ("Uçqun", Tuncer Cücenoğlu)
Timote ("Xanuma", Avksentiya Saqarelli)
Pera ("Nazirin xanımı", Branislav Nuşiç)
Tahir ("Mənim günahım", İlyas Əfəndiyev)
Vağzal məmuru ("21:15 qatarı", Toyqun Orbay)
Filmoqrafiya
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Mustafa
Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — filmi səsləndirən: Şahin (Elxan Quliyev)
Ağasadıq Gəraybəyli (film, 1974)
Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: kəndli; filmi səsləndirən: kəndli
Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — səsləndirən: Kulçitski (Aleksandr Arjilovski)
Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — rol: Ələkbər
Arayış (film, 1986)
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Aşkarsızlıq şəraitində... (film, 1986)
Atamın sənəti (film, 1980)
Atayevlər ailəsi (film)
Babamızın babasının babası (film, 1981)
Bağlı qapı (film, 1981)
Belə də olur (film, 1988)
Belə lazımdır (film, 1982)
Bəxtəvər (film, 1984)
Bəyin oğurlanması (film, 1986)
Bir anın həqiqəti (film, 2003)
Bizim qəribə taleyimiz (film, 2005)
Dantenin yubileyi (film, 1978)
Dundukley (film, 1986)
Evin kişisi (film, 1978)
Əlvida, cənub şəhəri (film, 2006)
Fatehlərin divanı (film, 1997)
Fəryad (film, 1993)
Fövqəladə hadisə (film, 1982)
Gedərsən bizə... (film, 1990)
Gethagetdə (film, 1983)
Gözlə məni (film, 1980)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Güzgü (film, 1990)
Həm ziyarət, həm ticarət... (film, 1995)
İşarəni dənizdən gözləyin (film, 1986)
İşgüzar səfər (film, 1982)
Kişilər (film, 1984)
Qara gölün cəngavərləri (film, 1984)
"Qayınana" əməliyyatı (film, 1999)
Qəzəlxan (film, 1991)
Qonşu qonşu olsa... (film, 1989)
Mamaci
Məhəllə (film, 2003)
Mənim ağ şəhərim (film, 1994)
Məsələ № 777 (1980)
Məsələ yerdə deyil... (film, 1985)
Məşədi İbad-94 (film, 2005) — duxu satan
Min birinci söz (film, 1997)
Musiqili xaş (film, 1984)
Nakəs (film, 1991)
Nekroloq (film, 2001)
Nigarançılıq (film, 1998)
Ordan-burdan (film, 1987) — qoçu Gülbala
Otel otağı (film, 1998)
Ölsəm... bağışla (film, 1989)
Özgə ömür (film, 1987)
Pərdə arxasında (film, 1987)
Rəngli yuxu (film, 1982)
Sahilsiz gecə (film, 1989)
Sarı gəlin (film, 1998)
Sürəyya (film, 1987)
Şeytan göz qabağında (film, 1987)
Təxribat (film, 1990)
Ulduz (film, 1964)
Yad qızı (film, 1990)
Yaramaz (film, 1988) — Hacı
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Yaşıl eynəkli adam (film, 1987) — Qafar
Yaşıl eynəkli adam-2 (film, 1999) — Qafar
Yaşıl eynəkli adam-3 (film, 2002) — Qafar
Yay gününün xəzan yarpaqları (film, 1986)
Yeni evlənənlər (film, 1983)
Yol əhvalatı (film, 1980)
Yumurta (film, 2003)
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !