Nurulla Əliyev: - Məzahir Süleymanzadə haqqında NƏ DÜŞÜNÜRƏM ?

Nurulla Əliyev: Məzahir Süleymanzadə haqqında NƏ DÜŞÜNÜRƏM ?

NƏ DÜŞÜNÜRƏM ? Məzahir Süleymanzadənin ,, KÖNLÜM İSTƏR ŞEİR YAZA " sındakı müasir gündəmdə yerini , satirik bir təbəssümün həqiqətə bükülmüş bədii təxəyyülün qələmdə qüdrətini , təntənəsini düşünürəm . Bəxtiyar müəllim deyərdi ki , yazıçı - publisist kimi düşünüb hadisələri şair kimi təhlil və tərənnüm edənlərin sənət aləmində bədii söz ehtiyatı , təfəkkür və dünyagörüşü , mütaliəsi, təbiətə və cəmiyyətə obyektiv baxışı , sağlam düşüncəsi olmalıdır .
Mənə görə , Məzahir müəllim ciddi , ya qeyry ciddi maneələrə -- yağışa , tufana , borana və çovğuna qarşı mübarizəsində düşüncə və təxəyyülündəki sağlamlığı qoruya bildi . Təslim olmadı . Müvazinətini itirmədi . O bu gün də insanlığa olan hisslərində vətəndaşlıq , sədaqət və söz sahibi olmaq borcunu ləyaqətlə düşünənlərdəndir . Təbiətən sözünü zamanında və yerində deməyi bacaran vətəndaş - şair - publisist nasirdir . Yaradıcılığı deyir bunu .
Məzahir Süleymanzadə ilə ADU ( BDU ) - da eyni illərdə təhsil almışıq . Tələbəlik illərimin onunla bir tələbə kimi tanışlığm barədəki təəssüratlar yadımda qalmayıb . Amma Məzahir müəllimlə oxuyanların bir çoxu ilə yaxın təmaslarım olmuşdur . Jurnalistikanın tələbələri hüquq və şərqşünaslıq fakültələrinin tələbələri kimi özıərini nisbətən yuxarı hiss edirdilər .
O vaxt bir - birimizə adi bir tələbə prizmasında baxırdıq . Zaman keçdi , illər ötdü , fələyin xəlbiri işə düşəndən sonra solğun yaddaşlarda bəzilərinin yalnız adı qaldı , bir də dumanlı -- sisli xatirələr . Zaman mizan tərəzisini qurub saf - çürük xəlbirini sübh çağı ələyəndə günəşin şəfəqləri bir insanı işıqlandırıb nura qərq etdi . Artıq sübh yerini həqiqətlərilə səhərə təslim etdi.

 

DEDİ SÜBH - SADİQ ÇÜNKİ DOĞRUNU ,
DÜNYALAR QIZILA TUTURDU ONU . ( NİZAMİ )

 

Dünyalar Məzahir müəllimi həqiqət və doğruluğu ilə qızıla tutub nisbət verəndə səhərin ,, SƏHƏR " ini aləmlər qarşısında güzgü tutdu . Məzahir müəllim də həmin güzgünü cilalayıb parıldadaraq onu dünyaya və insanlara yönəltdi . Orada bir həqiqət var idi : millətin və xalqın tərcümeyi - halı , haqqın batili , xalqın qanları bahasına azadlıq və müstəqilliyin qəsbkarlardan alımnası . Başqa güzgülər ya ləkələnmiş , ya da qırılıb çilik - çilik olmuşdular. Cəsarət qorxu və vahimədən yazıq olmuşdu . İnsanlar təhqir olunaraq bəkarətləri ayaqlar altına düşmüşdü . Bu hal Şeksprin 66 - cı sonetini xatırladırdı :

 

SAXTALIQ HÖKM VERİR QƏLBƏ , AĞLA ,KAMALA ,
BƏKARƏT TƏHQİR OLUB DÜŞÜR DƏRDA , ZAVALA .
QÜDRƏT QÜDRƏTSİZLİYƏ ƏSİRDİR . SƏCDƏ QILIR ,
DÜZLÜK , MƏRDLİK , DOĞRULUQ BİR AXMAQLIQ SAYILIR .

 

Lakin ,, SƏHƏR " in şəfəqləri ürəkləri səhərin mehi , könülləri nikbin ruhu və xoş ovqatı ilə oxşayırdı . Bakıda və rayonlarda , bir çox türkdilli ölkələrin intizarında olan milyonlarla insanların sanki bir ümid qapısı idi ,,SƏHƏR " . Oxundu , maraq və sevgi ilə təbliğ edildi . Sanki insanlar yenidən həqiqətə sığındılar . O saman nəinki həqiqət qapısını açmaq , hətta ona yaxın getmək hünər və cəsarət istəyirdi . Sanki biz buna əbədi məhkum olunmuşduq . Həmin qapının bir layını görəcəyi işinə görə gənc - lap gənc istedadlı jurnalist Məzahir Süleymanzadə açmağa müvəffəq oldu . Az qala insanların daşlaşan qəlbinə ,, SƏHƏR " in şəfəqlərini ərməğan etdi . O zaman ( elə indinin özündə də ) xalqın qarşısında meydan sulayan ,,igidlər" az deyildi .
Məzahir müəllimi dostları sevdi , xalq əzizlədi . Şübhəsiz , qarşısına kötük dığırladanlar da oldu . Bu , sadəcə əngəldən savayı bir şey deyildi . Qatarın sürətini azaltsalar da hərəkətini dayandıra bilmədilər . Yoluna aram - aram davam etməkdədir bu qocaman qatar . 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !