Nizami Kino Mərkəzində yeni filmlərin premyeraları davam edir -

Nizami Kino Mərkəzində yeni filmlərin premyeraları davam edir

Nizami Kino Mərkəzində ABŞ-ın istehsalı olan “Yüngül əxlaqlı baba”, “Tənzimlənmə oyunu” və “Coy” filmlərinin nümaişi başlanıb.

Den Mazerin ekranlaşdırdığı “Yüngül əxlaqlı baba” filmi komediya janrındadır. Yaş həddi: 18+

Üzüyola və düzgün gənc Ceyson toy qabağı, yüngül xasiyyətli və dəlisov fantaziyalı istefada olan general babasıyla dəniz qırağı gəzintiyə çıxır və babası ilə keçirdiyi tətil onun həyatını həmişəlik dəyişir...

Baş rollarda Robert De Niro, Zak Efron, Zoi Doyç, Obri Plaza, Ceyson Mantsukas, Dermot Malruni, Culianna Xaf, Ceffri Bauer –Cepman, Brendon Maykl Smit və Ceyk Pikinq çəkilib.

Rejissor Adam MakKeyin cəkdiyi “Tənzimlənmə oyunu” filmi bioqrafik dram janrındadır. Yaş həddi 18+

Söhbət puldan düşəndə vicdan susur. Həm də söhbət böyük pullardan gedirsə! Film 2008-ci ilin iqtisadi böhranını bir neçə il əvvəldən dərk etmiş insanların özləri də istəmədən bu işdən pul qazanmaqlarından bəhs edir

Rollarda Kristian Beyl, Stiv Karell, Rayan Qoslinq, Bed Pitt, Mellisa Leo, Xamiş Linkleyter, Com Maqaro, Reyf Spoll,Ceremi Stronq, Marisa Tomey və başqaları çəkiliblər.

Ssenari müəllifi və rejissor Devid.O.Rassellin cəkdiyi “Coy” filmi dramatik komediya janrındadır. Yaş məhdudiyyəti:16+

Film övladını çətinliklərlə tək böyüdən qadının sonradan ölkənin ən müvəfəqiyyətli iş adamına dönməsindən bəhs edir.

Rollarda Cenifer Lourens, Robert De Niro, Bredli Kuper, Edqar Ramires, Dayan Ledd, Virciniya Medsen, İzabella Rossellini, Daşa Polanko, Elizabet Rem, Syuzen Luççi və başqaları çəkiliblər.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !