Mirsamir Məmmədov: - "Qanlı Yanvar xalqımızın qeyrət və mənlik günüdür!"

Mirsamir Məmmədov: "Qanlı Yanvar xalqımızın qeyrət və mənlik günüdür!"

Azadlığımızın təməlini qoyan insanlardır 20 yanvar şəhidləri! Meydanlara çıxıb Sovet imperiyasından azadlıq və istiqlaliyyət tələb etdikləri üçün kütləvi qətl edildilər! Yaşanan faciə Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinin yeni səhifələrini yaratdı. Qanlı Yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir. Daha öncədən Bakıya gizli daxil olan SSRİ DTK‚ və Sovet ordusunun gizli qüvvələri "ALFA" və o cümlədən ermənimeyilli qüvvələr Bakı əhalisini "Udar" adlı hərbi əməliyyatda kütləvi məhv etməyə çalışsalar da ayağa qalxıb azadlıq tələb edən xalqın iradəsini qıra bilmədilər. Bakıda əhali güllə-baran edilsə də‚ bu qırğın xalqımızın gözünü qorxutmadı‚ onlar nəinki geri çəkildilər‚ hətta daha qəzəbli‚ daha inadkar şəkildə və daha qətiyyətlə vətənimizin müdafiəsinə qalxdılar‚ nəticədə isə qəddar sovet rejimini ölkədən qovdular. O insanlar canlarını vətən yolunda verərək bu günkü azadlığımızı bizə bəxş etdilər. Azərbaycan var olduqca 20 yanvar şəhidləri də yaşayacaq‚ hər zaman böyük sevgi və qürur hissi ilə anılacaqdır. Bütün Sovet imperiyası və eləcədə bütün dünya‚ Azərbaycan xalqının qətiyyətinə‚ şücaətinə və qeyrətinə şahid oldu. Ölümün gözünə dik baxan və qətiyyən çəkinməyən‚ heç vaxt qorxmayan‚ vətəni üçün hər an ölümə hazır olan‚ vətənini sevən‚ uğruna canını verən bir xalq olduğumuzu bütün dünya anladı. Mixail Qorbaçovun erməni əsilli arvadının istəyi əsasında Bakıda ümumbəşəri bir qırğın həyata keçirildi. Bakı terroru həm Azərbaycan xalqının gözünü qorxutmaq‚ həm də Mixail Qorbaçovun erməni arvadının istəyini yerinə yetirmək‚ erməni qisasını almaq məqsədi daşıyırdı. Lakin bütün bunlar xalqımızı daha da qəzəbləndirdi və ayağa qaldırdı. Bu kimi iyrənc və mənfur qisasçılıq siyasəti qəddar Sovet rejiminə soy qoydu. Xalqımızın başına gətirilən bəlalar və qanlı müsibətlər xalqımızın yaddaşında əbədiyyən qalacaq. Xalqımız yaşadıqca 20 yanvar şəhidləri də böyük sevgi və qürur hissi ilə anılacaqlar! Məkanları Cənnət olsun! AMİN!



Mirsamir Məmmədov

Politoloq
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !