Microsoft qeyri-kommersiya təşkilatlarına 1 milyard dollarlıq proqram təminatını ianə verəcək -

“Microsoft” qeyri-kommersiya təşkilatlarına 1 milyard dollarlıq proqram təminatını ianə verəcək

.“Microsoft” Korporasiyasının prezidenti Satya Nadella bildirib ki, “Microsoft Philanthropies” xeyriyyə təşkilatı “Microsoft Research” və “Business Development” bölmələrinin dəstəyi ilə növbəti üç il ərzində bütün dünya üzrə qeyri-kommersiya strukturları və tədqiqat universitetlərinə 1 mlrd. ABŞ dolları məbləğində bulud xidmətlərini ianə verəcək. Bu müddət ərzində texniki dəstəkdən 70 min qeyri-kommersiya təşkilatı faydalanacaq.

Yeni təşəbbüsün məqsədi – bundan öncə “Microsoft” Korporasiyası tərəfindən elan olunmuş qlobal hədəfin həyata keçirilməsidir: geniş miqyasda qlobal iqtisadi və sosial problemlərin həlli üçün bulud hesablamalarının əlçatan olması. Korporasiya qeyri-kommersiya təşkilatlarını əlavə bulud resursları ilə təchiz etməyə və universitet tədqiqat qruplarının texnologiyalara çıxışını genişləndirməyə çalışır. Bu məqsəd aşağıda qeyd olunanların köməyi ilə həyata keçiriləcək:

• Qeyri-kommersiya təşkilatları üçün “Azure”, “Office 365”, “Power BI”, “CRM Online” və “Enterprise Mobility Suite” daxil olmaqla bulud xidmətləri;

• Əlavə universitet elmi-tədqiqat işlərini dəstəkləmək üçün “Microsoft Research” qrant proqramı olan “Azure for Research”ı genişləndirmək;

• “Microsoft Business Development” və “Microsoft Philanthropies” birgə proqramı olan “Affordable Access Initiative”ın iştirakçılarının sayını ən azından dünyanın 15 ölkəsində 2017-ci ilin ortalarınadək 20 layihəyə çatdırmaq.

Ötən ilin sonunda yaradılmış “Microsoft Philanthropies” xeyriyyə təşkilatının məqsədi hazırda mövcud olan qeyri-kommersiya strukturlarına ianə və kompüter təhsilinə maliyyə yardımını daxil edən mesenat proqramını genişləndirməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !