Mingəçevir Turizm Kollecində 20 yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür adlı elmi-nəzəri konfrans keçirilmişdir - FOTO

Mingəçevir Turizm Kollecində “20 yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür” adlı elmi-nəzəri konfrans keçirilmişdir FOTO

Mingəçevir Turizm Kollecin Heydər Əliyev adına ideoloji mərkəzində “20 yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür” adlı elmi- nəzəri konfrans keçirilmişdir. Elmi nəzəri konfransı giriş nitqi ilə açıq elan edən Turizm Kollecinin direktoru Əyyub Əyyubov 1990-cı il 20 yanvar faciəsini yaradan səbəblər, ittifaq hökumətinin qətliam siyasəti, xalq hərakatının dövlət müstəqilliyinə aparan fədakarlığından danışdı. Faciə günlərində xalqının müdafiəsinə qalxmış ittifaq rəhbərliyinin ünvanına ən kəskin etirazlarını ünvanlamış ulu öndər Heydər Əliyevin bəyanatını xatırlatdı. Əyyub Əyyubov 20 yanvar hadisələrinin həmdə xalqımızın qəhramanlıq tarixi kimi yaddaşlara iz saldığını qeyd etdi.

Bundan sonra 20 yanvar faciəsindən bəhs edən videoçarxa baxış keçirildi.

Konfrans zamanı “Sovet rejimi azadlıq uğrunda mübarizəyə qalxan dinc xalqı öz qanına qəltan etdi”, “ 20 yanvar faciəsi Azərbaycan xalqını müstəqilliyə qovuşdurdu” və “Ümumilli lider Heydər Əliyevin Moskvadan 20 yanvar faciəsi törədənlərə sərt bəyanatı” mövzularında məruzələr səsləndirildi.

Konfrans istedadlı tələbələrin nümayiş etdirdiyi ədəbi-bədii kompozisiya ilə davam etdirildi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !