Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar film nümayiş olundu - FOTO

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar film nümayiş olundu FOTO

Yanvarın 20-də “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirimi altıncı ildönümü ilə əlaqədar nümayişdə olan rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmini izləyiblər.

"Qanlı yanvar" filmi sovet ordusunun törətdiyi qırğını və o qanlı gecə baş verənləri Azərbaycan ailəsi olan - Nərimanovların gözü ilə göstərir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar. Dramın mərkəzində isə onların anası - Xədicə dayanıb.

Rollarda Nəbahat Çehrə, Leyn Deyvis, Yuri Balıyev, Azər Aydəmir, Faiq Mirzəyev, Mina Seyid-Məmmədova, Mina Sovetski, Tamilla Həmidova, Rövşən Məmmədov, Vüqar Vəlixanov və başqa aktyorlar cəkiliblər.

Filmin nümayişindən əvvəl tədbirdə iştirak edən “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı çıxışında bu mövzuda olan filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını söyləyib.

Xatırladaq ki, Nizami Kino Mərkəzində “Qanlı Yanvar” filmi gün ərzində pulsuz nümayiş olunub.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !