Mehri Əliyeva: - MƏHƏBBƏTİN AND YERİNƏ ÇEVRİLDİZ

Mehri Əliyeva: MƏHƏBBƏTİN AND YERİNƏ ÇEVRİLDİZ

MƏHƏBBƏTİN AND YERİNƏ ÇEVRİLDİZ
(20-yanvar şəhidləri, İlham və
Fərizə Allahverdiyevlərə xatirə)


Şəhid olduz,müstəqillik yolunda.
Məhəbbətin and yerinə çevrildiz.
Dəfn olduz“ şəhidlər xiyabanı”nda.
Örnək oldu,gənclərə əməliniz.
Məhəbbətin and yerinə çevrildiz.


Bu sevgiylə,dünyaya səs saldınız.
İlham,Fərizə dastanın yazdınız.
Düşmən sevginizə oldu amansız.
Əl-ələ tutaraq,göyə çəkildiz.
Məhəbbətin and yerinə çevrildiz.


Həyat quran,indi sizi yad edir.
Sadiqliyə,dəyanətə and içir.
Lazım gəlsə,eşqi üçün can verir.
Sevgi dünyasında ülvü varlıqsız.
Məhəbbətin and yerinə çevrildiz.


Tarix boyu sevənlər sizi anar.
Sevgi varlığına daim inanar.
Sizin sevginizlə,sevənlər yaşar
Gülüstan bağında,yanan çıraqsız.
Məhəbbətin and yerinə çevrildiz.


Ölməzliyə qovuşmusuz,bilirəm.
Hər il sizi,ziyarətə gəlirəm.
Nümunəsiz bu gənclərə,Fərizəm.
Mehri deyər ölməmisiz,yaşarsız.
Məhəbbətin and yerinə çevrildiz.

 


Kiyev 05-11-2014 saat 06-17 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !