Məzahir Süleymanzadə : - ...Hər dəfə fotoaparatının düyməsini basanda özü də ölüb - dirilib...

Məzahir Süleymanzadə : ...Hər dəfə fotoaparatının düyməsini basanda özü də ölüb - dirilib...

Bu hüznlü günlərdə şəhidlərimizlə yanaşı bizi də xatırladılar. 20 Yanvarın salnaməsini yaradan adamları nəzərdə tuturam. Onlardan biri də Rasim idi...Neçə gündür onun Qanlı Yanvar günlərində çəkdiyi şəkillərə baxırıq. Bu cansız şəkillər şahidi olduğumuz hadisələri gözümüz önündə bir daha canlandırır. Şəhidlər bir dəfə ölüblər. S.Rasim isə çəkdiyi şəkillərin sayı qədər. Hər dəfə fotoaparatının düyməsini basanda özü də ölüb - dirilib...O tanınmaz hala salınmış meyidlərin arasında adam gülləsiz də ölə bilərdi. Bu hisslər mənə tanışdır, dözmək, ayaq üstə qalmaq olmurdu, ürəyimiz partlamaq dərəcəsinə çatırdı, amma partlamırdı, çünki növbəti dəhşəti qələmə almağa, şəklini çəkib tarixə çevirməyə məhkum olunmuşduq. Bu, bizim Vətənimizə, xalqımıza, millətimizə, peşəmizə hədsiz sədaqətimizin ifadəsi idi..."Səhər" hələ də unudulmayıb. S.Rasimin çəkdiyi şəkillər çoxdan sərhədlərimizi aşıb, qəzetlərin, jurnalların, kitabların səhifələrində, sərgilərin ekspozisiyalarında Azərbaycan həqiqətlərini dünyaya çatdırıb...S.Rasim hələ yorulmayıb. O, bu gün də Şəhidlər Xiyabanında olacaq. Analarımızın, bacılarımızın fəryadı, gənclərimizin qürur hissi, qırmızı qərənfillərdən toxunmuş, xalqımızın əzəmətini numayiş etdirən əlvan xalılar, şəhid məzarlarının önündən keçən hər kəs 20 Yanvarın 26 - cı ilində S.Rasimin gözü ilə tarixə qovuşacaq... 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !