Bərdədə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bərdədə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Tədbirdən öncə başda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, digər təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları rayonun Şəhidlər Xiyabanında uyuyan şəhid məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzərək ehtiramlarını bildiriblər.
Sonra mərasim minlərlə bərdəlinin iştirakı ilə şəhərin “Qəhrəmanlar Parkı”nda davam etdirilib. Bərdə sakini matəm musiqisinin sədaları altında müharibə qurbanlarının xatirəsinə ucaldılmış əbədi məşəl önünə tər qərənfillər düzərək ehtiramlarını bildiriblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev geniş nitq söyləmiş, dövlət müstəqilliyimizin əldə edilməsində 20 Yanvar şəhidlərinin yeri və rolundan, ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin və bu faciəni törədən cinayətkarların dünyada tanıdılması, bununla bağlı atdığı addımlardan, ölkə rəhbərinin uğurlu daxili və xarici siyasətindən, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bu faciənin həm də şərəf tarixi olduğunu bildirib.
Sonda Bərdə şəhər 2 saylı tam orta məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr edilmiş kompozisiya göstəriblər.
Yanvar faciəsi ilə əlaqədar saat 12:00-da rayon əraziisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !