Xocavəndlilər faciənin ildönümünü qeyd edib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Xocavəndlilər faciənin ildönümünü qeyd edib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Xocəvənd rayonunda “20 Yanvar” faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Yeni Xocavənd qəsəbəsində inşa edilmiş “Şəhidlər Xatirə Abidə Kompleksi” önündə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müharibə əlilləri və yüzlərlə xocavəndli iştirak edib. Toplantı iştirakçıları öncə faciə qurbanlarının xatirəsini yad edərək onların ruhuna dualar oxuyub.

Sonra mərasim iştirakçıları xocəvəndlilər matəm musiqisi sədaları ilə abidə önündən keçərək faciədə şəhid olanların ruhuna öz ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Xocəvənd qəsəbəsində faciənin ildönümünə həsr edilmiş, rayonun səhiyyə, təhsil və digər müəssələrində bir sıra tədbirlər keçirilib.

 

M. Məmmədqızı

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !