Masallıda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar ümumrayon hüzn günü keçirilmişdir - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar ümumrayon hüzn günü keçirilmişdir FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin yekunu olaraq 20 Yanvar 2016-cı il tarixdə Masallı şəhəri “Qəhrəmanlar parkı”nda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi keçirilmişdir.
20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin heç vaxt unudulmayacaq, yaddan çıxmayan qəhrəmanlıq səhifəsidir.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Bu qanlı hadisələrdən 26 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir...

Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər.

Bu barədə AZpress.AZ - ın Masallı rayonunda yerləşən müxbiri xəbər vermişdir.
Qeyd edək kİ, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil HÜSEYNOV, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhuna dualar oxumuşlar.
20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsinin əsgərləri fəxri qarovulda nizami düzülüşlə düzülmüşdür.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir.

 


AZpress.AZ -
MÜXBİR Əlihüseyn Şükürov,

Rusiya Jurnalistlər İttifaqının və
Aərbaycan Jurnalistlər Birliyinin üzvü.
Masallı

 

FOTOLAR VƏKİL AĞAYEVİNDİR
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !