Özbəkistanda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur - FOTO

Özbəkistanda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur FOTO

Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspor təşkilatı Daşkənddə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirmişlər.
Tədbirdə Azərbaycan səfirliyiminin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, mətbuat nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları Mədəniyyə Mərkəzinin foyesində 20 Yanvar faciəsindən bəhs edən fotostend, faciə ilə bağlı uşaqların əl işləri və kitab sərgisinə baxmış, onlara faciə ilə bağlı məlumatlar toplusu paylanmışdır.
Tədbirdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 20 Yanvar faciəsi haqqında məlumat vermiş, bu faciəni Azərbaycan xalqının qəhrəmanlıq və qürur səhifəsi adlandırmışdır.
Diplomat qeyd etmişdir ki, Azərbaycan xalqının torpaqlarını mənimsəyən ermənilərə, Sovet ailəsində üzləşdiyi ədalətsizliyə etirazını bildirmiş və etirazçılar Sovet qoşunları tərəfindən vəhçicəsinə qətliama məruz qalmişdır.
S.Abbasov o vaxt Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gələrək Bakıda törədilən cinayətləri insanlğa qarşı bir cinayət adlandırdığını və məsuliyyəti SSRİ rəhbərliyinin üzərinə qoyduğunu çıxışında qeyd etmişdir.
Özbəkistandakı Azərbaycan diaspora təşkilatının rəhbəri Mobil Məmmədov öz çıxışında 20 yanvarın Azərbaycan xalqı üçün həm ağır, faciəli, həm də şərəfli bir tarix olduğunu qeyd etmiş, Özbəkistanda yaşayan 50 minə yaxın azərbaycanlının bu hadisələri unutmayacağın bildirmişdir. hadisələrin xalqın yaddaşında əbədi qalacağını və
Özbəkistanın Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri, şair, tərcüməçi Nəsrəddin Məhəmmədiyev imperiya qoşunlarının Bakıda törətdikləri qanlı qırğınların təşkilatçılarını və icraçılarını lənətləmişdir.
O, Azərbaycan xalqının dərdinə şərik olduqlarını və məhz şəhidlərin qanları ilə millətlərin öz istiqlaliyyətinə qovuşduğunu qeyd etmişdir.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının uşaqları 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiya ilə çıxış etmiş və faciənin dəhşətlərini özündə əks etdirən sənədli film nümayiş olunmuşdur.
Anım mərasimində Özbəkistanın Xalq Çalğı Alətləri Orkestrinin 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsinə həsr etdiyi konsert-rekviem iştirakçılara təqdim olunmuş, bir sıra özbək əsərləri ifa olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !