Füzuli rayonunda 20 Yanvar facəsinə həsr olunan anım mərasimi keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzuli rayonunda 20 Yanvar facəsinə həsr olunan anım mərasimi keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünü münasibəti ilə yanvarın 20-də Füzuli rayonundakı Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.Tədbirdə rayon ictimaiyyətİ ilə yanaşı yüzlərlə sakinlər iştirak ediblər.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilmiş,onların ruhlarına dualar oxunub.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 20 Yanvar faciəsindən danışmış, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir.
Rayon rəhbəri öz çıxışında bildirib ki “20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirmişdir. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaq.
Mərasimdə digər çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.
Həmin gün saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi Füzuli rayonu ərazisində də 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

 

Elgün Gəncimsoy.
Azpress.AZ


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !