Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib FOTO

Yanvarın 18 -də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşlarına 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi nümayiş olunub.
Filmdən əvvəl QKDK-nın sədr müavini İlqar Muradov, çıxışında 1990-cı il 20 Yanvar faciəsinin görünməmiş qəddarlıqla insanlıq əleyhinə dəhşətli cinayət olduğundan, lakin xalqımızın milli qürurunu qıra bilmədiyindən danışıb .
Sonra tədbir iştirakçılarına 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” bədii filmi nümayiş olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !