Beş qardaşın nağılı kitabının təqdimat mərasimi keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

“Beş qardaşın nağılı” kitabının təqdimat mərasimi keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdam rayonunda şair-publisist Yusif Millətoğlunun, Qarabağ müharibəsində iştirak etmiş beş qardaşdan bəhs edən “Beş qardaşın nağılı” kitabının təqdimat mərasimi keçirilib. Ağdam Dövlət Dram Teatrında keçirilən mərasimdə çıxış edənlər Əliyevlər ailəsinin Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri böyük qəhramanlıqdan söhbət açıblar. Tədbirdə Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kitabın qəhramanları Ağdamın Mərzili kəndindən olan Əliyev İmran Niyaz oğlunun 5 övladı, Əliyev Tahir, Əliyev Zakir, Əliyev Sabir, Əliyev Zahid və Əliyev Sahib Qarbağ müharibəsində iştirak ediblər. Onların ikisi şəhid olub, biri isə itkin düşüb. Lakin ailənin verdiyi itkilərə baxmayaraq İmran kişinin sağ qalan iki oğlu müharibə aparan tərəflər arasında atəşkəs əldə olunana qədər döyüşlərdə yüksək şücaətləri ilə fərqləniblər. Ailə hazırda Ağdamın Quzanlı qəsəbəsində yaşayır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !