Məzahir Süleymanzadə: - Mənim sözüm sözdür ey, dediklərim düzdür ey...

Məzahir Süleymanzadə: Mənim sözüm sözdür ey, dediklərim düzdür ey...

Nə gözünü döyürsən,
Kimsən mən olan yerdə?
Mənlə işin olmasın,
Başını soxma dərdə!
Mənim sözüm sözdür ey...
Yazdıqlarım düzdür ey...


Məndən uzaq dolan, gəz,
Heç çıxma sən eşiyə.
Adam satmaq, ev yıxmaq,
Yaraşarmı kişiyə?
Mənim sözüm sözdür ey...
Yazdıqlarım düzdür ey...


Sənin dövranın bitib,
Yaltaqlıq keçmir işə...
Sizlərə inam itib,
Düşmüsünüz təşvişə!..
Mənim sözüm sözdür ey...
Yazdıqlarım düzdür ey...


Küçəyə çıxmağa da,
Üzünüz gəlməyəcək.
Pulunuz çox olsa da,
Gözünüz gülməyəcək...
Mənim sözüm sözdür ey...


Yazdıqlarım düzdür ey...
Yığdığınız var - dövlət,
Gözünüzdən gələcək.
Bapbalaca uşaq da,
Sizə baxıb güləcək...
Mənim sözüm sözdür ey...
Yazdıqlarım düzdür ey...


Millətimiz oyanır,
Tutmusunuz yas indi...
Qiymət od tutub yanır,
Get, özünü as indi...
Mənim sözüm sözdür ey...
Dediklərim düzdür ey...

 


***

 


Oğlum yaxın gəlib çəkdi dərin ah,
Dedi ki, ay ata, səndədir günah...
Şirin arzularla böyütdün məni,
Vuruldum xalqıma, sevdim Vətəni.
Sənin şeirlərin ruhumu sardı,
Qəlbimdə sabaha bir inam vardı...
Hərə öz yolunu axtarır, tapır,
Məni də çağıran haqqın səsidir,
Xeyirxah əməllər canıma hopur --
Sənin tərbiyənin nəticəsidir...
Ay ata, sən mənə nağıl danışdın,
Vətən başdan - başa cənnətdir, dedin.
Sadəlövh oğluna, məsum bir gəncə,
Niyə bilə - bilə yalan söylədin?
Niyə demədin ki, hazır ol, oğul,
Yəqin düşəcəksən alova, oda.
Zəmanə yaltaqlıq zəmanəsidir,
Həqiqət axtarma sən bu dünyada...
O keçmiş, mərdanə kişilər kimi,
"Həqiqət" sözünün beli əyilmiş...
"Xəyanət" sözünün açması üçün,
Lüğətə baxmaq da gərək deyilmiş..
Ay ata, mən sənin qurbanın olum,
Mənə öyrədəydin rüşvət almağı...
Acından ölənə biganə qalıb,
Şüvən qoparmağı, hay - küy salmağı...
...İndi çox qəribə hala düşmüşəm,
Camaat üzünə çıxa bilmirəm.
Yalan söyləyənin, haram yeyənin,
Gözünün içinə baxa bilmirəm...
Qoy nalə qoparsın mənim dilimlə,
Ya da hədələsin məni ölümlə.
Mən öz xəyanətim, bəd əməlimlə,
Heç kəsin evini yıxa bilmirəm...
Dırnağın qoparır, yeyir ətini,
Sonra qucaqlayır, öpür itini...
Zamanın bu acı həqiqətini,
Onun gözlərinə soxa bilmirəm...
Heç vaxt bar verməyən yaşıl söyüdün,
Barlı budaqları başını əymiş...
Pula, var - dövlətə çatmaq naminə,
İkiqat əyilmək nə gözəl şeymiş...
Niyə öyrətmədin bunları mənə?
Mən də oxumamış məmur olardım...
Çoxlu pul yığardım, villa tikərdim,
Gözəl həyatımdan məmnun qalardım...
Sən öz öyüdünlə, nəsihətinlə,
Qoymadın məni də rahat yatam...
Özün də dünyada bir gün görmədin,
Ah, zavallı atam, ah, məğrur atam...
Zaman səni dəyişdirə bilmədi,
Axan göz yaşını gördü, silmədi...
Məni də bağışla, getmə dərinə,
Bu gecə sən şirin konfet yerinə,
Bir şeir yedizdir nəvələrinə...
Sabah ata - bala iş axtararıq,
Tapsaq, bu zülmətin bağrın yararıq!..

 


***

 


Dostum gecə - gündüz izləyir məni...
Basdığım qaza da paxıllıq edir.
Həyətdə dayanıb gözləyir məni,
Sevdiyim qıza da paxıllıq edir.


Gör necə yetişib yaşıl səmənim,
Güllü - gülüstandır çölüm,çəmənim!..
Öz qəlbi soyuqdur, amma ki, mənim,
Çıxdığım yaza da paxıllıq edir.


Sanki əsiridir dayaz ağlının,
Pisliyə bağlının, şərə bağlının.
Xəbis ürəyi var zalım oğlunun,
Çaldığım saza da paxıllıq edir.


O, dua yazdırıb, falıma baxıb,
Lap məni bezdirib, qəlbimi sıxıb...
Neyləyim, bəxtimə beləsi çıxıb,
Dediyim sözə də paxıllıq edir... 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !