Məzahir Süleymanzadə: - Azərbaycanda qadın azadlığı son illərdə qadın özbaşınalığına gətirib çıxarıb

Məzahir Süleymanzadə: Azərbaycanda qadın azadlığı son illərdə qadın özbaşınalığına gətirib çıxarıb

 Müşahidələrim göstərir ki, Azərbaycanda qadın azadlığı son illərdə qadın özbaşınalığına gətirib çıxarıb. Qadın hüquqlarını, kender bərabərliyini qoyaq bir kənara. Bizim mentalitetimizə görə qadına münasibət hüquqi yox, mənəvi kateqoriyaya aid məsələdir. Əslində, qadın kişinin icazə verdiyi qədər azad olmalıdır. Əks təqdirdə tərəzinin pərsəngi pozulur və ən yaxşı hallarda qadının sorağı televiziya ekranından gəlir. Biri qarnını göstərib hamilə qaldığını bildirir və uşağın atasının kim olduğunun şok effekti yaradacağını söyləyir. O biri deyir ki, ərimin xəyanət eləməsinə özüm icazə vermişəm. Bir başqası dolu döşlərini, qalın dodaqlarını nümayiş elətdirib tamaşaçını inandırmağa çalışır ki, vallah özümünküdür, plastik əməliyyat - filan keçirməmişəm. Yadıma gəlir, müstəqilliyimizin ilk illərində qadınlarımızın Dubaya getməsinə pis baxırdilar. İndi televiziyaya getmək də elə Dubaya getmək kimi bir şeydir, hamı tərəfindən adi qarşılanır...Az qalır ki, bir kişi o biri kişiyə zəng eləyib desin: tez kanalı çevir, bax, mənim arvadımı göstərirlər. Bəlkə arvadının harasını göstərdiklərini də söyləyir...
Yaxşı, televiziyanı qoyaq bir kənara, sağ olsunlar, qadın azadlığının ölkəmizdə bərqərar olunmasında böyük pay sahibidirlər. Gəlin, şadlıq saraylarına baş çəkək. Allah hamıya toy qismət eləsin. Kişi toya gedir, arvadını da yanına salıb aparır. Arvad nə arvad!.. Sinə açıq, paltar şəffaf, qulağındakı, boynundakı qızılları, briliantları par - par parıldayır. Hələ bir üstəlik, meydandan da çıxmır. Milli və xarici havaların hamısına oynayır. Kişilərin gözləri ondadır. Bütün kişilər kimi əri də ona baxır. Baxır və...hədsiz dərəcədə məmnun görünür...
...Dərs vaxtı qurtarıb. Bir azdan tələbələr universitetdən çıxıb metroya axışacaqlar. Qızların 99 faizi şalvar geyinib. Bəzilərinə, xüsusilə nərmənazik olanlara yaraşır. Amma bax, o totuq - motuq, əndazəli qza heç yaraşmır, yeriyəndə elə bil bədənində zəlzələ qopur, hər tərəfi nehrə kimi yırğalanır. Oğlanlar da, lap elə müəllimlər də gözlərini ondan çəkmirlər...Deyirlər evdə atası da var, qardaşı da. O şalvarı da qızına elə atası alıb. Giriblər mağazaya, qız şalvarı geyinib, dayanıb güzgünün qabağında. Atası da onun o yanına, bu yanına baxıb, deyib ki, yaxşıdır, qızım, yaraşır...
Qayıdıram söhbətimin əvvəlinə və bir də təkrar edirəm: qadın kişinin icazə verdiyi qədər azaddır. Qadın azadlığının qadın özbaşnalığına çevrilməsinin əsas günahkarı isə kişilərdir... 

 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !