ADU-da dosent Vidadi Bəşirovun 65 illik yubileyi qeyd olundu -

ADU-da dosent Vidadi Bəşirovun 65 illik yubileyi qeyd olundu

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqogika kafedrasının təşkilatçılığı ilə adıçəkilən kafedranın dosenti Vidadi Bəşirovun 65 illik yubileyi qeyd olundu. ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev 65 illik ömür yoluna sahib olan Vidadi Bəşirov haqqında öz fikirlərini bölüşdü, onun dərin elmi-pedaqoji biliklərə və mənəvi keyfiyyətlərə sahib olmasından söz açdı. O, V. Bəşirovun ustad müəllim olmaqla yanaşı, həm də elmi-pedaqoji ictimaiyyətin yüksək dəyər verdiyi məhsuldar alim, zəhmətkeş tədqiqatçı olduğunu bildirdi.
Tədbirdə çıxış edən Müəllim Həmkarlar İttifaqının sədri, dosent Misgər Məmmədov, Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov və kafedranın professor-müəllim heyəti V.Bəşirovun yüksək insani keyfiyyətlərə malik olmasından danışdılar, müəllimlik fəaliyyətində təzahür edən müsbət əxlaqi keyfiyyətlərindən sevimli tələbələrinin həmişə onun yüksək pedaqoji təfəkkür imkanları ilə faydalandığını sözlərinə əlavə etdilər. Onlar, eyni zamanda dərin elmi-pedaqoji bilikləri və mənəvi keyfiyyətləri özünün həyat və düşüncə məramı bilən sevimli Vidadi Bəşirovun 65 illik ömür yolunun bundan sonra da gənclərimizə nümunə olacağını, onun işıqlı fikirlərindən bəhrələnməsi üçün zəmin yaradacağını bildirdilər, yubilyarı ad günü münasibəti ilə təbrik etdilər, ona uzun ömür, can sağlığı, xoşbəxtlik və elmi-pedaqoji fəaliyyətində uğurlar arzuladılar.
Qeyd edək ki, Vidadi Bəşirova ADU-nun Müəllim Həmkarlar İttifaqı tərəfindən pul mükafatı da təqdim olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !