Mingəçevir Dövlət Dram Teatrında yeni təyinatlar -

Mingəçevir Dövlət Dram Teatrında yeni təyinatlar

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.12 yanvar 2016-cı il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə teatrın kollektivinə bu barədə məlumat verilmiş, və yeni baş rejissor kollektivə təqdim olunmuşdur.Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015 ci il tarixli sərəncamı ilə "əməkdar artist" adına layiq görülmüş teatrın aktyoru Yaqubov Şıxı Miriş oğlu bu münasibəti ilə təbrik edilmiş və fəxri adın verilməsi ölkə rəhbərliyinin Mingəçevir şəhərində mədəniyyətə diqqətinin təzahürü kimi qiymətləndirmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !