Poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib -

Poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib.

Nazirliyin Məlumat Hesablama Mərkəzinin hazırladığı mobil tətbiq artıq "App store"-də yerləşdirilərək, aktivləşdirilib.

Tətbiq "Azərpoçt" MMC-nin 1500-dən çox poçt şöbəsinin ünvanları barədə məlumatların xəritə üzərində axtarışına əsaslanır.

Proqram vasitəsilə poçt indeksinə və ya küçə adına görə poçt şöbələrinin axtarışını və onların xəritə üzərindəki ünvanlarını əldə etmək mümkündür.

Eyni zamanda hər bir poçt şöbəsinin telefon nömrəsinə və axtarış edənin xəritədəki mövqeyinə əsasən, ən yaxın poçt şöbəsini təyin etmək olar.

Mobil istifadəçilər tətbiqi "App store"-dən yükləyə bilərlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !