Vətəndaş müraciətləri üzrə yeni portal yaradılıb - FOTO

Vətəndaş müraciətləri üzrə yeni portal yaradılıb FOTO

Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmanın sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün vahid qəbul portalı yaradılıb.
Bu portal vasitəsilə Təhsil Nazirliyində və tabeçiliyində olan qurumlarda vətəndaşların qəbula yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə onların məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi mümkündür.
Portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyində tabe qurumların aidiyyətı əməkdaşlarına təlimlər keçirilir. Təlimlərdə şəhər (rayon) təhsil idarələrinin (şöbələrinin), eyni zamanda ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin vətəndaş müraciətlərinə baxılması üzrə məsul şəxsləri iştirak edirlər. Bir həftə davam edəcək təlimlərdən sonra portal tam fəaliyyətə başlayacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !