Əli Qayıb oğlu Nurzadənin doğum günüdür -

Əli Qayıb oğlu Nurzadənin doğum günüdür

Dünən Azərbaycan teatr aktyoru, Azərbaycanın əməkdar artisti (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əli Qayıb oğlu Nurzadənin doğum günü idi. Allah uzun ömür və can sağlığı versin.
Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C.Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C.Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C.Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N.Həsənzadə), Qaratay ("Afət", H.Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C.Cabbarlı) və s.
Əli Nurzadə Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Şirzad ("Şeyx Xiyabani", İ.Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N.Həsənzadə), Nəsimi ("Fəryad", B.Vahabzadə), M.F.Axundov ("Mənsiz dünya", N.Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S.Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C.Məmmədquluzadə), Çapar ("Şah Edib", Sofokol), Kərim ("Lənkəran xanının vəziri", M.F.Axundov), Mustafa ("Ulduz, yaxud Ədirnə Fəthi", C.Cabbarlı), Şəfiyev ("Bu dünyanın adamları", Hidayət), Qara xaqan ("Özümüzü kəsən qılınc", B.Vahabzadə).
Əli Nurzadə "Mənsur və Sitarə" (Mənsur), "Xatirələrdən gəlmiş qonaq" (Mənsur), "Ürək yaman şeydir" (Əjdər), "Qaçaq Süleyman" (Qaçaq Süleyman) və s. teletamaşalarda oynayıb.
Əli Qayıb oğlu Nurzadə 24 dekabr 2002-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.


Filmoqrafiya
Mənsur və Sitarə (film, 1977) - Mənsur
İşarəni dənizdən gözləyin (film, 1986)
Unudulan adam (film, 1987) - həbsxana rəisi
Qaçaq Süleyman (film, 1994) - Qaçaq Süleyman
Güllələnmiş heykəllər (film, 2002) - Nəvvab
Yanmış körpülər (film, 2003) - restorandakı adam
Cavad xan (film, 2009) - alban keşişi
Ürək Yaman Şeydir... (????) - Əjdər
Xatirələrdən gəlmiş qonaq - Mənsur

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !