ADU-nun dosentinin Əxlaqın saflaşdırılmasına müdrik kəlamların təsiri adlı dərs vəsaiti işıq üzü görüb -

ADU-nun dosentinin “Əxlaqın saflaşdırılmasına müdrik kəlamların təsiri” adlı dərs vəsaiti işıq üzü görüb

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının dosenti Ayaz Qasımovun “Əxlaqın saflaşdırılmasına müdrik kəlamların təsiri” adlı dərs vəsaiti işıq üzü görüb. Elmi redaktorları ADU-nun rektoru vəzifəsini icra edən filologiya üzrə elmlər doktoru, professor Dünyamin Yunusov və pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqov olan kitab 2015-ci ildə “RS poliqraf” MMC-də səhifələnib və çap olunub.
192 səhifədən ibarət olan dərs vəsaitində görkəmli mütəffəkkirlərin, alimlərin, yazıçıların, ictimai xadimlərin aforistik fikirləri oxuculara mürəkkəb və ziddiyyətli əxlaq dünyasına qovuşmaq imkanı yaradır. Həmçinin, kitaba müxtəlif xalqların, millətlərin atalar sözləri və məsəlləri də daxil edilib ki, bu da xalq pedaqogikası incilərindən bəhrələnmək fürsəti verir. Kitabda bəzən müəllifi məlum olmayan kəlamlara da rast gəlmək mümkündür.
Kitabda, həmçinin verilmiş müdrik ifadələrdə müxtəlif ictimai-siyasi quruluşlarda yaşamış dahi şəxsiyyətlərin əxlaqa, əxlaq normalarına münasibəti və onların günümüzlə necə səsləşməsini də müqayisəli şəkildə izləmək mümkündür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !