Nizami Kino Mərkəzində yeni ilin ilk möhtəşəm qala-gecəsi - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)

Nizami Kino Mərkəzində yeni ilin ilk möhtəşəm qala-gecəsi FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)

Nizami Kino Mərkəzində daha bir möhtəşəm gün yaşandı.
AZƏRTAC xəbər verir ki, bu dəfəki fanat axınının səbəbi də növbəti türk filminin qala-gecəsi idi.
Türkiyə istehsalı olan “Delibal” filminin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu, rejissor Ali Bilginin və yaradıcı qrupun digər üzvləri filmin Bakıda keçirilən qala-gecəsinə qatılıblar. Nizami Kino Mərkəzinin qırmızı xalısından keçən məşhurları fanatları alqış və səs-küylə qarşılayıblar.
Səhnəyə çıxan aktyorlar tamaşaçıları salamlayaraq qala-gecədə iştirak etməkdən şad olduqlarını söyləyiblər. Paytaxtımızı gəzdiyini deyən Leyla Lydia Tuğutlu bildirib ki, çox gözəl şəhəriniz var. Həmçinin Azərbaycan yeməklərinin dadına baxdıqlarını qeyd edib.
Sonra onlar tamaşaçıları filmə baxmağa dəvət ediblər.
Romantik dram janrında çəkilmiş bu film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan və boş vaxtında musiqi ifası ilə həyatın dadını çıxaran Barış Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universiteti yüksək qiymətlərlə bitirib Amerikada təhsilini davam etmək istəyi olan Füsunu bu eşqə inandırmaq da var. Yaraşıqlı və ağıllı olan Barış sonunda bunu etməyi bacarır. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimidi, o nağıl pozulmayana qədər....
Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdi.
Filmdə, həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və Toprak Sağlam çəkiliblər.
Filmin nümayişindən sonra qonaqlar mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.
 

 

FOTO: Rüstəm İsmayılov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !