Fiziki şəxslər tərəfindən malların bəyan olunması prosedurları sadələşdirilir -

Fiziki şəxslər tərəfindən malların bəyan olunması prosedurları sadələşdirilir

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilmişdir. Belə ki, Dövlət Gömrük Komitəsi fiziki şəxslər tərəfindən malların daha rahat və şəffaf qaydada bəyan edilməsini təmin etmək üçün yeni “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyəmnamə” elektron xidmətini Elektron Hökumət Portalına inteqrasiya etmişdir.

Bununla əlaqədar, Dövlət Gömrük Komitəsinin internet saytının “Müraciətlər” bölməsi və “Çağrı mərkəzi” vasitəsilə müraciət edən vətəndaşları maraqlandıran sualları Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev cavablandırmışdır:

Artıq ölkəmizə gələn və ölkəmizdən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşaiyət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar və s. barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən onlayn qaydada Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.dgk.gov.az) və ya Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə gömrük orqanlarına təqdim edə biləcəklər.

Vətəndaşların sərhəddən keçidini daha da rahat etmək məqsədilə bütün sərhəd buraxılış məntəqələrində xüsusi “GÖMRÜK” köşkləri quraşdırılmışdır ki, bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməsini doldura bilər, gömrük qanunvericilik bazası ilə tanış ola bilər və səyahətçilər üçün lazım olan gömrük nəzarəti ilə bağlı tələb olunan qaydalar ilə tanış ola bilərlər.

Tətbiq olunan yeni xidmət “vətəndaş-məmur” təmasının minimuma endirilməsini, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsini, həmçinin gömrük sərhəd buraxılış məntəqələrində vətəndaşlar tərəfindən vaxt itkisinin qarşısının alınmasını təmin edəcəkdir.

Eyni zamanda, idxal-ixrac əməliyyatları zamanı qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı da sərhəd gömrük-keçid məntəqəlırində xüsusi ayrılmış guşələrdə və məlumat köşklərində yerləşdirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !