Əsarət altında donmuş gözəllik - FOTO ( AZpress.AZ - Fərqanə Qasımlı)

Əsarət altında donmuş gözəllik FOTO ( AZpress.AZ - Fərqanə Qasımlı)

Bu gün pəncərədən həyətə baxa-baxa düşünürdüm ki, qar yağdı, ancaq mən evdən çıxıb şəkil çəkə bilmədim. Bu an diqqətimi hələ də yamyaşıl qalan qızılgül kolu cəlb etdi. Bir gün öncədən yağan qar evin damından əriyərək qızıl gül kolunun üzərinə tökülmüş və şaxta olduğundan donmuşdu. Sevindiyimdən qışqıraraq kameranı götürüb həyətə qaçdım. Gördüyüm mənzərə gözəlliyindən əlavə məni həm sevindirdi, həm də məyus etdi. Balaca bir qızılgül kolu eyni anda iki hissi yaşamağıma səbəb oldu. Qarışıq hiss keçirməyimə səbəb buza əsir düşmüş qızılgülün ağ qönçəsi idi. Bu qönçəni çəkmək çox çətin idi. Çünki, qızılgül kolunun üzərinə o qədər su axmışdı ki, gövdəsi tab gətirə bilməyib yerə yapışmışdı. Qönçəni çəkmək üçün budaqları tərpətmək lazım idi. Tərpətsəydim buz dənəcikləri qırılıb töküləcəkdi. Çarəni çətin də olsa, buzun üzərində uzanıb çəkməkdə tapdım. Qısası qızılgül kolunu və qönçəsini ətrafımızda çörək kəsib itirən dostlara bənzətdim. O dostlara ki, saf sevgi dolu qəlbinizi bu buz bağlamış qönçəyə çevirirlər. Suriyada ölən insanlara, körpələrə, köçkünlərə bənzətdim. Xəzər dənizinin buzlu soyuq sularında cəsədləri yoxa çıxan dənizçilərə, onların ailələrinə bənzətdim. Gözlərini dünyaya təzəcə açmış, amma ata-anası tərəfindən qutuya qoyulub zibilliyə atılan bədəni buz parçası kimi soyuq kəsmiş körpələrə bənzətdim... Ölərkən belə cəsədin buz kimi olduğunu deyirlər. Təəssüf olsun ki, hara baxdımsa, vücudları buz parçasının əsarət aldığını gördüm. Vücudunuzu və ruhunuzu buz barçasının əsarətindən qurtarın.
Görməmə və yazmama səbəb olan Tanrıya şükürlər olsun.


Fərqanə Qasımlı 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !