Kanadada yaşayan azərbaycanlı qızın uğurları - FOTO

Kanadada yaşayan azərbaycanlı qızın uğurları FOTO

Kanadanın Kalqari şəhərində yaşayan həmvətənimiz Nikki Səlimova 15 yaşında fiqurlu konkisürmədə mükafat qazanmağa, məktəbdə fərqlənməyə və çoxminli kanadalı auditoriyası qarşısında Azərbaycan musiqisini layiqincə təmsil etməyə nail olub.

Nikki 2000-ci ildə Bakıda doğulub. O, yaş yarımında ikən ailəsi Londona, yeddi ildən sonra isə Kanadaya köçüb. Qış idmanı növlərində uğurları ilə tanınan bu ölkə gənc azərbaycanlı üçün karyerasının başlanğıc nöqtəsi olub.

Həmvətənimiz buz üstündə rəqslər üzrə Alberta əyaləti birinciliyində perspektivli idmançılar kateqoriyasının gümüş mükafatçısıdır. O, 2014-cü ildə Ottavada buz üstündə rəqs üzrə “Minto” yarışında növbəti gümüş medalı qazanıb. Nikki Səlimova fiqurlu konkisürmə üzrə Kanada çempionatında və 2015-ci ildə Kanada Qış Oyunlarında iştirak edən ilk azərbaycanlıdır. O, sərbəst proqramına Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı seçmişdi.

Nikki fiqurlu konkisürmə ilə yanaşı, təhsildəki uğurları ilə də fərqlənir. Riyaziyyat, biologiya və kimya Nikkinin sevimli fənləridir. O, məktəb müzakirələrində, regional yarışlarda da iştirak edir. Eyni zamanda, Kalqari şəhərində gimnastika mərkəzində məşqçi köməkçisidir. Nikki bu vəzifəsində gənc atletlərin idmanın müxtəlif növlərində məşqinə kömək edir.

O, həmçinin “Xilas ordusu” (Salvation Army) təşkilatının aztəminatlı ailələrin uşaqlarına yardım göstərilməsi proqramlarında könüllü kimi çalışır. Bundan başqa, Nikki anasının rəhbərlik etdiyi “Azərbaycan irsi” Rəqslər Akademiyasının əsas rəqqasələrindən biridir. O, burada dostları ilə birlikdə azərbaycanlı uşaqların milli rəqsləri öyrənməsinə kömək edir.

Nikki idman potensialından və vərdişlərindən istifadə edərək, Azərbaycan mədəniyyətini və ənənələrini müxtəlif festivallarda və beynəlxalq tədbirlərdə təqdim edir. O, məktəbi əla qiymətlərlə qurtarıb universitetə qəbul olunmağı planlaşdırır.AZƏRTAC 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !