Bu gün sevimli aktrisa Fatma Mahmudovanın doğum günüdür -

Bu gün sevimli aktrisa Fatma Mahmudovanın doğum günüdür

Əziz teatr sevənlər bu gün sevimli aktrisa Musiqili Teatrının aktrisası Xalq artisti Fatma Mahmudovanın doğum günüdür. Allah uzun ömür və can sağlığı versin.
Nil heç vaxt qurumur,qəlbiniz Nil kimi həmişə axar olsun.
Ulduzların sayı yoxdur,hörmətiniz ulduzlar qədər olsun.
Ay yerdən ayrılmadığı kimi siz də həmişə qoşa olun.
Günəş təkdir, ona bənzəməyin.
Məhəbbətiniz torpaq qədər davamlı olsun.
Qəm əyir,sevinc ucaldır insanı.Qəm görməyin,həmişə sevinc,səadət icində olun.
Ən əsasıda can sağlığıdır. 100 yaşayın!
AD GÜNÜNÜZ MÜBARƏK!


Mahmudova Fatma Yaqub qızı 1954- cü ildə Ağdam rayonunda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. !968-ci ildə Ağdam Dövlət Dram teatrında aktrisa kimi yaradıcılıq fəaliyyətnə başlayıb. Tetrın aparıcı aktrisalarından olan F.Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. «Dağılan Tifaq»da Sona xanım, «Fərhad və Şirin»də Məriyəm, «Solğun Çiçəklər»də Sara, «Qaçaq Nəbi»də Həcər, «Təhminə və Zaur»da Təhminə, «Qismət»də Ana və s. kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir.1989-cu ildə «Pirverdinin Xoruzu» filmində Həlimə roluna çəkilmişdir.
!989-cu ildə «Əməkdar artist» fəxri adına layiq görülmüşdür.
Ağdam rayonunun işğalı ilə bağlı Bakıda məcburi köçkün kimi məskunlaşan F.Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamışdır. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yarada bilmişdir. O, E.Sabitoğlu,C.Məmmədov «On min dollarlıq keyf» tamaşasında Bağdagül,S.Ələsgərov,İ.Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, E.Sabitoğlu,T.Vəliyeva «Bankir adaxlı»da ağuçu Gülbikə, S.Fərəcov,R.N.Güntəkin«Birgünlük siğə»də Adilə Dudu, V.Adıgözəlov,Anar«Adamın adamı»nda At Balaxanım, R.Mustafayev,C.Məmmədov«Məsmə xala dayımdır» Əsmər, O.Rəcəbov,A.Bbayev«Şeytanın yubileyi»də Məriyəm,S.Ələsgərov,İ.Məlikzadə ”Kələkbazlar”Səməni,Ü.Hacıbəyli”Ər və arvad”Kəblə Qubadın arvadı,R.Mirişli,M.Haqverdiyev”Amerikalı kürəkən”Səkinə və s. rolların öhdəsindən bacarıqla gəlmişdir.
2000-ci ildə «Xalq artisti» fəxri adına layiq görülb.
Prezident təqaüdçüsüdür. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !