Milli Məclis sədrinin müavini Bahar Muradovanın Füzulilərlə görüşü keçirildi - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Milli Məclis sədrinin müavini Bahar Muradovanın Füzulilərlə görüşü keçirildi FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzuli rayonundan millət vəkili, Milli Məclis sədrinin müavini Bahar Muradovanın 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilmişdir. Horadiz şəhərində Muğam Mərkəzində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşü rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, rayon sakinləri adından Bahar Muradovanı yenidən Füzuli rayonundan millət vəkili və Milli Məclis sədrinin müavini seçilməsi münasibəti ilə təbrik etmişdir.
Ulu öndər Heydər Əliyevin Dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.
Rayon sakinlərinin sosial problemlərinin həlli, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan Alı Alıyev rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş miqyaslı quruculuq və abadlıq işlərindən bəhs edib. Alı Alıyev qeyd edib ki, ölkə başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilmişdir. Əhalinin su, elektrik, qaz təminatı Prezidentin Sərəncamları əsasında dövlət tərəfindən həyata keçirilir.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək 01 noyabr Milli Məclisə keçirilən seçkilər zamanı ona səs verən, yenidən millət vəkili seçilməsində əməyi olan füzulililərə minnətdarlığını bildirmişdir. Bahar Muradova dünyada və ölkədə gedən ictimai-siyasi prosseslərdən danışmış, ölkə başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən bəhs etmişdir.
Görüşü yekunlaşdıran Alı Alıyev rayonda görülmüş işlərdən, 2016-cı ildə planlaşdırılan tədbirlərdən danışmış, aidiyyəti təşkilatlara tapşırıq və göstərişlərini vermişdir.
Görüş rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !