Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verildi -

Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verildi

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov universitetin Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin Xarici dil müəllimliyi ixtisasının IV kursunda təhsil alan tələbələri arasında keçirilən “Yüksək oxu və nitq II”, “Fransız dili müstəqil pillə”, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin II kursunda “Seçmə fənn: daxili münaqişələr”, “İxtisas ölkəsinin sistemi”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “İxtisas ölkəsinin siyasi sistemi”, “İxtisas ölkəsinin dili-3”, eyni zamanda universitetin magistratura pilləsi üzrə təhsil alan tələbələri arasında keçirilən bir neçə fənnlər üzrə imtahanların gedişini izlədi.
İmtahanın gedişi ilə maraqlanan professor Dünyamin Yunusov tələbələrdən nəzəri fənnlərin imtahan sualları ilə əvvələcədən tanış olub-olmadıqlarını soruşdu. Universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını bildirən rektor sessiyasının şəffaf, obyektiv, qərərsiz və qaydalara uyğun keçirildiyini qeyd etdi və onlara uğurlar arzuladı.
Qeyd edək ki, 29 dekabr 2015-ci il tarixindən Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verildi. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yusunov Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə 30 noyabr 2015-ci il tarixində 92 saylı əmr imzalayıb. Əmrdə deyilir ki, qış imtahan sessiyası əyani şöbədə 29 dekabr 2015-ci il tarixindən 1 fevral 2016-cı il tarixinədəkdir. Qiyabi şöbədə isə sessiya müddəti 6 yanvar 2015-ci ildən 10 fevral 2016-cı ilədək müəyyən edilsin. Qış imtahan sessiyası 7 fakültənin Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq Münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura ) əyani şöbələrində aparılır.
Qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU–nun Linvodidaktik kafedrasının baş müəllimi Hafiz Rəhimov, ADU Tələbə Gənclər Təşkilatının sədri Faiq Məmmədov, ADU Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyevadır. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. Əmrdə baş verən neqativ hallara görə müvafiq fakültə dekanı və kafedra müdirinin məsuliyyət daşıdığı qeyd edilib.
Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz etmələri tapşırılıb.
Qeyd edək ki, izləmə prosesində universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Operativ Qərargahın üzvləri, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Magistratura və doktorantura fakültəsinin dekanı Zarina Aslanova və kafedra müdirləri iştirak edirdi.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !