Dünən Çingiz Əhmədovun doğum günü idi -

Dünən Çingiz Əhmədovun doğum günü idi

Dünən Azərbaycan aktyoru, Əməkdar artisti, Prezident mükafatçısı Çingiz Əhmәdovun doğum günü idi.Allah uzun ömür və can sağlığı versin.

Əhmәdov Çingiz Əliәşrәf oğlu 27-si dekabr 1962-ci ildә Bakı şәhәrindә anadan olmuşdur. Oğlaq bürcüdür. 1983-cü ildә Azәrbaycan Dövlәt Mәdәniyyәt vә İncәsәnәt İnsttitunun aktyoryorluq ixtisasını bitirmişdir. 1983-cü ildәn Azәrbaycan Dövlәt Musiqili Teatrında çalışır. Evlidir, 2 övladı var.

«Boşanaq, evlənərik», «Bəbirlinin kələkləri», «Qızıl toy», «Sevgilimin anası», «Məşədi İbad», «Qız görüşə tələsir» tamaşalarında çıxış etmişdir. 1991-ci ildə Dövlət Gənclər Teatrına dəvət olunub. Gənclər Teatrından dəfələrlə cəbhə bölgələrinə getmiş, çıxışlar etmiş və bu çıxışları fərmanlara, diplomlara layiq görülmüşdür. Bundan başqa «Arvadımın əri özüməm», «Toy kimindir?», «Valeh, kəndinə qayıt», «Hamlet», «Ox və hədəf»,«Aldanmış kəvakib» və s. tamaşalarda da iştirak etmişdir. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına dəvət olunub. Bu illər ərzində S. Fərəcov, R.N. Güntəkin «Bir günlük siğə»əa Helmi, V. Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Əli Əyrizadə, R. Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Qeybulla, S. Ələsgərov, İsi Məlikzadə "Kələkbazlar”da Mayıl, R. Mirişli M. Haqverdiyev "Qısqanc ürəklər”də Əjdər, N.V. Qoqol "Evlənmə”də Kaçkaryov, E. Sabitoğlu, C. Məmmədov www.ferzeli-kef.comda otel şefi kimi koloritli, duzlu obrazlar yaratmışdır. 2012-ci ildə Əməkdar artist fəxri adına laiq görülmüşdür. 2011-ci ildən Prezident mükafatçısıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !