Rabitə müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək -

Rabitə müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar vermişdir.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !