ADU-da Yeni il xaricilərin gözü ilə adlı tədbir keçirildi -

ADU-da “Yeni il xaricilərin gözü ilə” adlı tədbir keçirildi

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovanın təşəbbüsü, Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə Yeni ilə həsr edilmiş “Yeni il xaricilərin gözü ilə” adlı tədbir keçirildi.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova açılış nitqi ilə çıxış edərək tədbirdə müxtəlif ölkələrin nümayəndələrinin olduğunu və ölkələrinin Yeni ili qarşılama mədəniyyətləri haqqında məlumat verəcəklərini bildirdi. Azərbaycanda bir çox ölkələrdən nümayəndələrin olduğunu deyən J. Qəribova müxtəlif millətlərin öz adət-ənənələri ilə ölkəmizi daha da maraqlı, zəngin etdiklərini söylədi. Yeni ili qeyd etmə ənənələrinin bütün ölkələrdə təqribən eyni qaydada olduğunu deyən professor Yeni ildə hər kəsə can sağlığı, xoş anlar, uğurlar arzuladı.
ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov mərkəzin fəaliyyətindən bəhs etdi. O, Prezident İlham Əliyevin Çinə səfərini xatırladaraq Azərbaycan-Çin əlaqələrinin inkişafında yeni mərhələ açdığını dedi. R.Abbasov ADU-da Konfutsi İnstitutunun yaradılması haqqında danışdı. O, hər kəsə yeni ildə uğurlar arzuladı.
Dünyanın bütün ölkəsində azərbaycanlıların yaşadığını və onların sayının az olmadığını deyən rektorun müşaviri Vazeh Əsgərov “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə təbrik etdi, hər kəsə yeni nailiyyətlər arzuladı, xoş sözlərini ifadə etdi.
Koreyalı tələbələrin ifasında Yeni İl mahnısı dinlənildi.
ADU-nun polyak dili müəllimi Monika Pasukevic “How Polish people celebrate Christmas and New Year”, italyan dili müəllimi Muscaritolo Stefano “How Italians celebrate Christmas and New Year”, Koreya dili müəllimləri Choi Ho, Cho Mi Hyun, Lee Youn Hong, Lee Gemryuon, Ahh Eun Joon birgə “How Koreans celebrate Christmas and New Year” mövzuları ilə, həmçinin Macar dili müəllimi Edina Dallas və Çin dili müəllimi Ayiguli Yimamuaji öz ölkələrində Yeni ilin qarşılanması, bayramın qeyd olunması ilə bağlı adət-ənənələr haqqında məlumat verdilər.
Erasmus Mundus proqramı əsasında ADU-da təhsil alan ispan tələbələr Andrea Gutierrez və HerceBorja “How Spanish and Basque people celebrate Christmas and New Year”, alman tələbə Lisa Marie Brandt “How German people celebrate Christmas and New Year”, yunan tələbələr Tripolitsioti Kalliopi, Christou Artemis, Tragas Christos birgə “How Greek people celebrate Christmas and New Year”, İsveçdə Erasmus Mundus proqramı üzrə təhsil alan azərbaycanlı tələbə Qaratel Quluzadə “How people celebrate Christmas and New Year in Sweden, comparison with Azerbaijan” mövzularında çıxışlarında müxtəlif ölkələrdə Yeni il bayramı haqqında danışdılar.
Tədbir bayram şənliyi ilə davam etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !