ADU-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü nə həsr olunmuş Sehrli xalatla keçmişə səyahət adlı tədbir keçirildi - FOTO

ADU-da “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Sehrli xalatla keçmişə səyahət” adlı tədbir keçirildi FOTO

23 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin II Xarici dil kafedrasının təşəbbüsü, həmin kafedranın baş müəllimləri Şəmsinur Aslanova, Naibə Camalzadə və bir sıra əməkdaşlarının birgə təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Sehrli xalatla keçmişə səyahət” adlı tədbir keçirildi. Tədbirdə ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, eyni zamanda universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
Tədbir ssenarisi A. Tarasov, Əlisəttar Atakişiyevə məxsus olan məşhur Azərbaycan filmi “Sehrli xalat”ın baş qəhrəmanları Rəşid və Zərifənin keçmişə səyahəti hissəsini xatırladan səhnəciklə başladı. Daha sonra XVI-XVIII əsr Avropa ədəbiyyatının incilərindən sayılan Götenin “Faust” əsəri alman, Vilyam Şekspirin “Hamlet”, “Otello” əsərləri ingilis dilində, ssenarisi Emil Braginski, Eldar Ryazanova aid “İşdə məhəbbət macərası” filmi rus dilində səhnələşdirilərək tələbələr tərəfindən iştirakçılara nümayiş olundu. Eyni zamanda tələbələr fransız, ingilis və rus dillərində müxtəlif musiqi nömrələri səsləndirildi.
ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov çıxış edərək “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəli ilə iştirakçıları təbrik etdi. Tədbirin təşəbbüs və təşkilati cəhətdən təqdirəlayiq olduğunu vurğulayan professor Dünyamin Yunusov tələbələrin çıxışlarını, aktyorluq, diktorluq, müxtəlif dillərdə mahnıları ifa etmə qabiliyyətlərini yüksək qiymətləndirdi. II Xarici dil kafedrasının əməkdaşlarına və çıxış edən tələbələrə təşəkkür edən Dünyamin Yunusov belə tədbirlərin davamlı olmasını, tələbələrə təhsil və yaradıcı fəaliyyətlərinin vəhdət təşkil etməsini tövsiyyə etdi, onlara uğurlar arzuladı.
Sonda çıxış edən II Xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov iştirakçılara Həmrəylik günü münasibəti ilə təbriklərini çatdırdı. O, həmrəylik anlayışının geniş məna kəsb etdiyini deyərək onun xususiyyətlərindən bəhs etdi. Tədbirin yüksək səviyyədə baş tutduğunu söyləyən kafedra müdiri əməyi keçən hər kəsə təşəkkürünü bildirdi, iştirak edənlərə minnətdarlıq etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !