ADU-da Dünya azərbaycanlılarının Həmrəylik günü münasibətilə Ən yaxşı tələffüz uğrunda müsabiqə keçirildi -

ADU-da Dünya azərbaycanlılarının Həmrəylik günü münasibətilə “Ən yaxşı tələffüz” uğrunda müsabiqə keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) “Ən yaxşı tələffüz” uğrunda müsabiqə keçirildi. Müsabiqə “31 dekabr- Dünya azərbaycanlılarının Həmrəylik günü” münasibəti ilə baş tutdu.
İngilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə keçirilən yarışmada Pedaqoji (ingilis dili-alman dili) fakültənin II kurs tələbələri ingilis dilində tələffüz etmə bacarıqlarını nümayiş etdirdilər.
Dekabrın əvvəlində başlamış müsabiqənin birinci mərhələsində iştirak edən 30-a yaxın tələbə arasından seçilmiş 10 nəfər “Ən yaxşı tələffüz” üzrə birincilik uğrunda mübarizə apardı.
Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov, İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov, həmin kafedranın baş müəllimləri Ziya Neymətulin, Şəfiqə Qocayeva və Esmira Zülfüqarovanın iştirakı ilə münsiflər heyəti müsabiqəyə qatılan tələbələrin dil bacarıqlarını qiymətləndirdi.
Tələffüz bacarığı yüksək qiymətləndirilən Pedaqoji (ingilis dili-alman dili) fakültənin 201 a qrup tələbəsi Tahirə Əhmədova I dərəcəli, 203 b qrup tələbəsi Mədinə İskəndərova və 205 a qrup tələbəsi Türkan Hacılı II dərəcəli, 203 b qrup tələbəsi Tuba Hüseynova, 201 a qrup tələbəsi Gülşən Heydərova III dərəcəli diploma layiq görüldülər. Qalan tələbələrdən beş nəfəri isə həvəsləndirici diplomla təltif olundular.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !