Dünən Rəhman Balarza oğlu Əlizadənin doğum günü idi -

Dünən Rəhman Balarza oğlu Əlizadənin doğum günü idi

Dünən Azərbaycan teatr rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının sabiq baş rejissoru Rəhman Balarza oğlu Əlizadənin doğum günü idi. Allah rəhmət eləsin, ruhu şad olsun.

Rəhman Balarza oğlu Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. 237 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib (1972).

1968-ci ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrında rejissor işləyib. İşlədiyi müddət ərzində "Xırs quldurbasan", "Müsyö Jordan və dərviş Məstəlişah" (M.F.Axundov), "Ölülər" (C.Məmmədquluzadə), "Jorj Danden", "Zorən Nigah" (J.B.Molyer), "Əvvəlinci şərabçı" (L.Tolstoy), "Pəri Cadu" (Ə.Haqverdiyev) və s. tamaşalar hazırlayıb.

“Bacıoğlunun nağılı” hekayə. (“Ulduz” 1979) “Yazı masası haqqında” hekayə. (“Azərbaycan” 1979) “Əncir qurusu” povest. (“Azərbaycan” 1981) “Diqqət! Başlayıram” pyes (“Qobustan” 1980)

Tamaşaya hazırlanmış ilk pyesləri:

“Kəndimizin narları” pyes (Şəki Dövlət Dram teatrı, 1980) “Doğmalar” pyes (Gəncə Dövlət Dram teatrı, 1981) “Dadaşbala əməliyyatı” pyes (Dövlət Gənclər teatrı, 1986) “Sabah çoxdan başlanıb” pyes (Gənc Tamaşaçılar teatrı, 1988) “Laləli düzən” pyes (Dövlət Gənclər teatrı, 1991 – ci il)

1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq tək özünün qələmə aldığı "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Tıq-tıq xanım", "Bilqamıs əfsanəsi", "Keçəlin toyu", "Dəli Domrul", "Damdabaca", "Maymaq", "Eramızdan milyon il əvvəl", "Ay dəli", "Ələkbər əmi gülüş planetində", "Dəcəl çəpişlər, belə-belə işlər" pyeslərinə quruluş verməklə "Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" (Aleksandr Puşkin), "Göyçək Fatma" (K.Ağayeva) və s. tamaşaları hazırlayıb.

Ümumiyyətlə, 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında hazırlanmış 32 tamaşanın quruluşçu rejissorudur.

1983-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

28 oktyabr 2000-ci ildə Əməkdar İncəsənət xadimi fəxri adı ilə təltiflənib, 2002-ci ildən Prezident mükafatçısıdır.

2006-2009-cu illərdə Azərbaycan Gənclər teatrında baş rejissor işləyib. Orada "Mürafiə vəkilləri" (M.F.Axundov), "İblis" (H.Cavid), "Dünyanın axırı" (R.Əlizadə), "Tülkünün uçuşu" (A.Şaiq), "Saraxatun" (H.Saraclı), "Su pərisi" (F.Mustafa) tamaşalarını hazırlayıb.

2009-cu ilin aprel ayından yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına baş rejissor təyin olunub. U.Şekspirin "Yay gecəsində yuxu", Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşalarını hazırlayıb.

Bir dramaturq kimi 25-dən artıq pyesi Dövlət teatrlarında tamaşaya hazırlanıb.

2008-ci ildə "KOMEDİYALAR" kitabı nəşr olunub. Bu kitabda – “Laləli düzən”, “Kəndimizin narları”, “Dadaşbala əməliyyatı”, “Doğmalar”, “Dünyanın axırı”, “Günah”, “Əbləhlərin toyu” pyesləri toplanıb.

2009-cu ildə "PYESLƏR" kitabı nəşr olunub. Bu kitabda – “Alın yazısı”, “Arsız”, “Ay, dəli”, “Diqqət! Başlayıram”, “Don Kixot Abşeronski”, “Hamam hamam içində”, “İnkiri əvəzedən”, “Kişilər qayıdanda”, “Məkrlilərin vəkilləri”, “Sabah çoxdan başlanıb”, “Uzunqulaq”, “Vicdansız” pyesləri toplanıb.

2012-ci ildə "PYESLƏR.TƏRCÜMƏLƏR" kitabına,– “Sindbadın xoşbəxtlik adasına səyahəti”, “Tıq-Tıq xanım”, “Damdabaca”, “Bilqamıs əfsanəsi”, “Keçəlin toyu”, “Eramızdan milyon il əvvəl”, “Dəcəl çəpişlər”, “Maymaq”, “Əzrayıl”, “Qız qalası”, “İttiham”, “Nuhu kim öldürüb”, “Şirinçay”, “Xalaqızı”, “Xəcalət”, “Yay gecəsində yuxu” (V. Şekspir), “Tartüf yaxud Riyakar” (J. B. Molyer) pyesləri və tərcümələri toplanmışdır.

"ŞEİR. NƏSR. DEYİMLƏR" 2013-cü il 30 aprel. Bu kitaba şeir və deyimlərlə yanaşı – “Şairanə gecə və mənim sirsifətim”, “Bülbülün nağılı”, “Bir dəstə qızılgülün nağılı”, “Gənc şair Qarışqa İşgüzarla Cırcırama xanım Cəh-Cəhzadənin nağılı”, “Yazı masası haqqında”, “Bacıoğlunun nağılı”, “Kəklik”, “Əncir qurusu” hekayələri toplanmışdır.

Tərcümələri: K.Marlo “Böyük Teymurləng” (rus dilindən), Şəki Dövlət Dram teatrında hazırlanıb. J.B.Molyer “Tartüf” (rus dilindən), Lənkəran Dövlət Dram teatrında hazırlanıb. V.Şekspir “Yay gecəsində yuxu” (rus dilindən), Dövlət Gənclər teatrında hazırlanıb.

Umumiyyətlə otuz pyesin müəllifidir. Işlədiyi teatrlarda yetmişdən çox tamaşaya quruluş vermişdir.

Rəhman Əlizadə 15 mart 2013-cü ildə, 65 yaşında, ağ ciyər çatışmazlığından vəfat edib.

Ailəsi
AMEA-nın Tətbiqi Fizika İnstitutunun elmi işçisi Fazilə Əlizadə ilə ailə həyatı qurub. İki övladı, 3 nəvəsi var. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !