ADU-da Amerikada təcrübə keçmiş ingilis dili müəllimlərinin Leading the Way adlı konfransı keçirildi - FOTO

ADU-da Amerikada təcrübə keçmiş ingilis dili müəllimlərinin “Leading the Way” adlı konfransı keçirildi FOTO

19 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ Təhsilli Azərbaycanlı Məzunların Birliyi (AAA) və Bakı Amerika mərkəzinin əməkdaşlığı çərçivəsində, TEA-2007 proqramının qalibi Təranə Əliyevanın layihəsi əsasında, ABŞ-ın Azərbaycandakı səfirliyinin maddi dəstəyi ilə TEA/PİE proqramları üzrə Amerikada təcrübə keçmiş ingilis dili müəllimlərinin “Leading the Way” adlı konfransı keçirildi.
Konfransda açılış nitqi ilə Təranə Əliyeva çıxış edərək ADU-da olmaqdan məmnunluğunu ifadə etdi. O, konfransın universitetdə keçirilməsi üçün şərait yaratdığına görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi. T.Əliyeva konfransın Azərbaycanda ingilis dili tədrisinin keyfiyyətini artırmaq məqsədi ilə respublika üzrə Təhsildə Keyfiyyət və Nailiyyət (TEA) proqramı məzunlarını və ingilis dili müəllimlərini bir ara gətirdiyini dedi.
ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəni Məsələlər üzrə attaşesi Emi Peterson ingilis dilinin peşəkar biliciləri arasında olmaqdan fəxr hissi keçirdiyini diqqətə çatdırdı və iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Beynəlxalq məsələlər üzrə karyerasını Azərbaycanda başladığını deyən E.Peterson burada peşəkar ingilis dili müəllimlərinin mövcud olduğunu söylədi.
ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov qonaqları Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu bildirdi. D.Yunusov bu ali təhsil müəssisəsində xarici dil müəllimləri, tərcüməçilər, regionşünaslıq və beynəlxalq münasibətlər üzrə mütəxəssislər yetişdirildiyini dedi. O, ADU-da bakalavr və magistr pillələrində tədris prosesi, tədqiqat işləri, təhsil siyasəti haqqında məlumat verdi. Ali təhsil müəssisəsində 22 dilin tədris olunduğunu bildirən D.Yunusov hal-hazırda universitetin təhsil islahatları istiqamətində mühüm addımlar atmış öndəgedən universitetlərdən biri olduğunu dilə gətirdi. Universitetin əsas strategiyası haqqında danışan professor D.Yunusov ali təhsil ocağının dünyanın bir çox ölkələri ilə uğurlu əməkdaşlıq etdiyini qeyd etdi. ADU-da daim yüksək səviyyəli konfransların keçirildiyini söyləyən D.Yunusov bugünkü tədbirdə ingilis dilinin qabaqcıl müəllimlərinin toplaşdığını dedi. Konfransda faydalı müzakirələrin aparılacağına əminliyini bildirən professor Dünyamin Yunusov hər kəsə uğurlar arzuladı.
Britaniya Şurasının icraçı direktoru Elizabet Uayt iştirak edən hər kəsə təşəkkürün bildirdi və konfransın təşkilini yüksək qiymətləndirdi. İngilis dilinin yayılması, ümumi ünsiyyət vasitəsinə çevrilmə mərhələlərindən danışan E.Uayt ingilis dilinin tədrisi məsələlərinə toxundu. British Councilin ingilis dili müəllimləri ilə iş strategiyası haqqında qısaca məlumat verən E.Uayt müəllimlərə yeni-yeni uğurlar qazanmağı arzu etdi.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov ölkəmizdəki təhsil siyasəti, aparılan islahatlar haqqında danışdı. İngilis dilinin tədrisi metodologiyasına toxunan Q. Novruzov yeni tədris metodlarının yalnız ingilsi dili deyil, eyni zamanda bütün fənlərin tədrisində istifadə olunmasının məqsdəuyğun olduğunu bildirdi. Qulu Novruzov bu konfransın təhsil sahəsində əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyindən əminliyini ifadə etdi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Pərviz Əliyev çıxışında Təhsil Nazirliyinin bu cür layihələri daim diqqət mərkəzində saxladığını bildirdi və dəstək olduğunu qeyd etdi.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın xanımı Anna Sekuta öz növbəsində Azərbaycan və ABŞ arasındakı uğurlu əməkdaşlıqdan söz açdı. O, ingilis dilinin tədrisi ilə bağlı fikirlərini bildirdi.
Pelanr iclaslarda Anna Sekuta “Leading the Way”, Aminta Abdinova “More than Language: The importance of culture and context in English Language Instruction” mövzusunda çıxış etdilər.
Bölmə iclaslarında ABŞ-da təcrübə keçmiş müəllimlər və digər proqramlarda fəal iştirak edən müəllimlər Zemfira Məmmədova “TED talks at School-the new way of teaching and learning”, Nərminə Əliyeva “Approaches to ELT: Communicative and TPR approaches”, Məlahət Vəliyeva “Developing intercultural communication”, Aygün Hacıyeva və Şəhla Yusubova “The Power of Games to Create New Learning Opportunities”, Sevil Ağayeva “ICT in Education and Netiquette”, Kəmalə Nəsirova və Ruhiyyə Mahmudova “Evaluation and Assessment”, Fəridə Hüseynova “Developing ways of oral communication skills through English Language Curriculum”, Şəfa Nağıyeva “Economic discourse and its role in intercultural communication”, Aybəniz Meybalıyeva və Mənsurə Ağayeva “Teaching Grammar via other skills”, Hüzurə Ağayeva “Task-based learning”, Günay Nadirova “Motivating and Engaging Students’ learning in English Classrooms” mövzularında təqimatla çıxış etdilər. Təqdimatda ingilis dilinin tədrisinə müasir yanaşmanı əks etdirən mövzuları əhatə edən dərs nümunələri nümayiş etdirdilər.
Kiyevdən online formada iclasa qatılan Amerika Dövlət Departamentinin ingilis dilinin tədrisi proqramları üzrə regional mütəxəssis-nümayəndəsi Kevin Makkoy interaktiv üsullardan istifadə etməklə ingilis dilinin tədrisi haqqında təqdimatla çıxış etdi, dili öyrənmə bacarığını inkişaf etdirmək üçün oyun keçirdi.
Sonda iştirakçılara sertifikatlar təqdim edildi.
Daha sonra qiymətləndirmə blankları dolduruldu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !