Fövqəladə Hallar Nazirliyinin e-fhn.gov.az elektron xidmətlər sistemi layihəsi Millinet-2015 Milli internet mükafatının qalibi olmuşdur. -

Fövqəladə Hallar Nazirliyinin e-fhn.gov.az “elektron xidmətlər sistemi” layihəsi “Millinet-2015” Milli internet mükafatının qalibi olmuşdur.

 17 dekabr 2015-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə “Bakı Biznes Mərkəzində” “Millinet-2015” Milli internet mükafatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Tədbirdə ölkənin informasiya-kommunukasiya texnologiyaları sahəsini təmsil edən dövlət qurumlarının, iri İKT şirkətlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və çoxsaylı qonaqlar iştirak etmişdir.

Mükafat uğrunda 14 nominasiya üzrə 299 sayt mübarizə aparmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin e-fhn.gov.az “elektron xidmətlər sistemi” layihəsi “elektron hökumət” nominasiyası üzrə mükafatın qalibi olmuşdur.

Tədbirdə FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və Şəbəkələrin qurulması və istismarı şöbəsinin müdiri Namiq Bağırzadə iştirak etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !